Avroliqanın iki oyunu təxirə salındı – koronavirusa görə

Avroliqanın iki oyunu təxirə salındı –  koronavirusa görə
DÜNYA FUTBOLU 27 Avqust 2020 / 20:55 3326
-  A +

Avropa Liqasının 1-ci təsnifat mərhələsində bu gün keçirilməli olan iki oyun təxirə salınıb.

Qol.az xəbər verir ki, UEFA “Nomme Kalyu” (Estoniya) – “Mura” (Sloveniya) və  Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) qarşılaşmalarının bu gün baş tutmayacağını açıqlayıb.

Buna komandaların futbolçularında koronavirus aşkarlanması səbəb olub. “Nomme Kalyu” və “Mura”nın 1, “Jelezniçar”ın isə 6 futbolçusu virusa yoluxub. Oyunların taleyi ilə bağlı yaxın günlərdə qərar veriləcək.

Son xəbərlər