“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransı keçirib. O, mətbuat konfransında bunları söyləyib:
- Birinci hissədə pis oynamadıq. Külək bizə qarşı idi və irəli çıxmaq çətin idi. Müdafiədə düzgün işlədik. İkinci hissədə külək bizim xeyrimizə idi, daha çox topla rəftar edirdik. Sadəcə yekun nöqtəni qoymaqda bir qədər dəqiqlik çatmadı. “Qarabağ” kimi komandalara qarşı belə olduqda cəzalanırsan.
- Bu mövsüm komandanızdan hansı futbolu gözləyək: hücum futbolu, müdafiə oyunu, yoxsa bunların qarışığı?
- Bu oyunda bəzi detallar göründü. İrəlidə pressinq edib, topu əldə edən komanda olmaq istəyirik. Qısa-uzun ötürmələrlə rəqibin boşluqlarından istifadə etməyi planlaşdırırıq. İstəyirik ki, komandamız intensiv oynasın: tək fiziki yox, mental cəhətdən də. Cəld qərarlar qəbul etməyi bacarmalıyıq. Sona kimi döyüşən, heç zaman təslim olmayan komanda formalaşdırmaq istəyirik. “Qarabağ” kimi komandaya qarşı top saxlamaq çətin oldu. Belə şəraitə də uyğunlaşmaq lazımdır. Bu gün topa daha çox nəzarət etmək istəyirdik, ancaq rəqib bizi arxaya çəkilməyə məcbur etdi. Müdafiə olunarkən də düzgün oynamaq lazımdır. İlk hissənin son saniyəsində vurulan topu çıxsaq, yaxşı müdafiə olunduq.
- Azərbaycan çempionatına baxarkən hansı məqamlar diqqətinizi daha çox çəkir?
- Bura gəlməmişdən kifayət qədər məlumatım yox idi. Bir neçə oyuna baxdıqdan sonra görürəm ki, matçlar əsasən bərabər şəkildə keçir. “Qarabağ” və “Neftçi” bir qədər üstün görünür, digər komandalar isə bir-biri ilə “döyüşür”.
- Əlinizdəki heyət istədiyiniz intensiv futbolu oynatmaq üçün yetərlidirmi?
- Bura gələndən müəyyən ideyalarım və əlimdə müəyyən bir material var. Bunların cəmindən bir üslub yaratmaq istəyirik. Əlimizdəki oyunçulardan fəlsəfəmizə uyğun istifadə etmək və bunu inkişaf etdirmək istəyirik. Hazırda bu proses gedir. İnanıram ki, qısa zamanda bunu tətbiq edə biləcəyik.
- Komanda məğlub durumda olsa da, hücumçunu hücumçu ilə əvəzlədiniz. İki forvardla oynamağa risk etmədiniz?
- Oyun quruluşumuza inanıram. Başlanğıcda 4-3-3 sistemi ilə oynayırdıq. Ancaq bəzən müdafiə olunarkən bu, 4-4-2 sxeminə çevrilirdi. Hücumda da belə məqamlar olurdu. İki hücumçu ilə oynamağa üstünlük vermədik. Eyni tip hücumçuların meydanda olmasını istəmədik. 3-cü dəyişikliyimiz də hücumda aktivliyə hesablanmışdı. Mənim üçün önəmli olan nə ediriksə, bunu keyfiyyətli olmasıdır. Meydana 6 müdafiəçi buraxsaq, bu, o demək deyil ki, biz daha yaxşı müdafiə olunacağıq. Eyni şeyi hücum haqda da demək olar. Ola bilər ki, düz fikirləşmirəm.
- Kapitanınız Ruslan Abışov zədələnib. Onun durumu necədir?
- Onun belə əzələsində problem var. Ona görə də bu gün meydana çıxa bilmədi. Davamlı məşqlərdən sonra sıralarımıza qoşulacağına inanıram.
- Sizin çempionatda şəxsi hədəfləriniz nədir? Klub rəhbərliyi qarşınıza hansı məqsədi qoyub?
- Klub olaraq məqsədimiz avrokuboklara getməkdir. Hansı pilləni tutacağımız yalnız bizdən asılı deyil, digə iddialı komandalar da var. Əlimizdə olan materialdan maksimum yararlı istifadə etməyə çalışacağıq. Öz oyun üslubumuzu yaratdıqdan sonra lazım olan pillələri tuta biləcəyimizə inanıram. Mən bizdən asılı olan şeylərə konsentrasiya olmaq istəyirəm (futbolpress.az).
"Neftçi" yeni ev formalarını təqdim etdi - Şəkillər
"Mingəçevir" yeni transferini açıqladı
"Rəqibi ciddi şəkildə təhlil etmişik" - Valdas Dambrauskas
VAR qaydalarında dəyişiklik ola bilər
"Sumqayıt"dan yeni transfer - Rəsmi
"Zirə" Türkiyə klubuna qalib gəldi
İspaniya nəhəngi onun transferini açıqladı
"İnter Mayami" "Atletiko" ilə razılaşdı
Sabiq baş məşqçi "Karvan"ın vitse-prezidenti oldu
“Qəbələ” üçün əlimdən gələni edəcəyəm"
"Latsio" azarkeşlərindən kütləvi etiraz aksiyası
10 illik dövr başa çatdı - "Real"dan getdi
"Qarabağ" qrup mərhələsində son matçına çıxdı
Azərbaycan çempionu müəyyənləşdi
“Qəbələ”dən ayrılan futbolçu Türkiyə klubunda
"Mançester Yunayted"in səfər formaları - Şəkillər
Misli Premyer Liqa klubuna yeni baş məşqçi təyin edildi
"Atletiko" yarımmüdafiəçi aldı
"Zirə" Türkiyə klubunu belə məğlub etdi - Video
"İmişli"dən yeni transfer
ÇL-də 2-ci mərhələyə adlayan 12 komanda
"Qarabağ" İsveçdə heç-heçə etdi
"Zirə"nin rəqibindən qələbə
İngiltərə klubunun yeni baş məşqçisi açıqlandı
"Qarabağ" "Zalsburq"a uduzdu
"Sabah"dan "Sumqayıt"a - Rəsmi
"Napoli"yə "hə" dedi
Ötən mövsüm ən çox oynayan futbolçular
"Neftçi"dən günün daha bir transferi
"Zirə" Türkiyə klubuna qalib gəldi
"Arsenal" 8 futbolçunu göndərir
İngiltərə millisinin üzvünün maşınına hücum etdilər - Video
Niko Uilyams yeni müqaviləsi haqda danışdı
"Everton" qapıçı transferini gerçəkləşdirdi
"Zirə" onunla yollarını ayırdı
"Neftçi" növbəti transferini reallaşdırdı - Rəsmi
UEFA 9 klubumuza ödəniş etdi
"Atalanta"nın baş məşqçisi xəstəxanaya yerləşdirildi