“Volfsburq” Dieqonu nəhayət ki, “Yuventus”dan qopara bildi

“Volfsburq” Dieqonu nəhayət ki, “Yuventus”dan qopara bildi
DÜNYA FUTBOLU 27 Avqust 2010 / 14:39 2208
-  A +

“Yuventus”da istənilən oyunu sərgiləyə bilməyən braziliyalı ulduz Dieqonun Bundesliqaya xeyli vaxtdır gözlənilən dönüşü nəhayət ki, gerçəkləşib. Qol.Az-ın məlumatına görə, “Volfsburq” Turin klubunun oyun qurucusunu rəsmən rənglərinə bağlayıb. Almaniya klubu ulduz oyunçu üçün italyanlara 15 milyon avro, braziliyalının özünün ilinə isə 6 milyon avro ödəyəcək. Klubun rəsmi internet saytında yer alan açıqlamada sözügedən futbolçuyla 4 illik rəsmi sözləşmə imzalandığı azarkeşlərə açıqlanıb.
Qeyd edək ki, 2006-2009-cu illər aralığında “Verder” forması geyən və sərgilədiyi performansla bütün dünyanın diqqətini çəkən Dieqo, keçən yaz transfer olunduğu “Yuventus”da da yaxşı başlasa da, sonradan formadan düşdü.


Son xəbərlər