“Qarabağ”ın və millimizin yarımmüdafiəçisi Elvin Məmmədov Qol.Az-ın müxbirinin suallarını cavablandırıb. Söhbət əsnasında orta sahə oyunçusu son zamanlar ehtiyatda qalması və “Borussiya” ilə oyunlar barədə fikirlərini bölüşüb.
- Elvin, öncə zədənlə bağlı danışardın. Hazırda vəziyyətin nə yerdədir?
- Zədəm demək olar ki, sağalıb və hər şey qaydasındadır. Hazır olduğumu düşünürəm. Əgər qarşıdakı oyunda şans verilsə, təbii ki, əlimdən gələni etməyə hazıram.
- İlk oyunda komandamız gözlənilməz məğlubiyyətlə üzləşdi. Bu barədə nə deyə bilərsən?
- Əlbəttə, gözlənilməz oldu. Ancaq bu futboldur, hər an, hər şey baş verə bilər. Əslində oyuna yaxşı başlamışdıq. İlk 10-15 dəqiqə yaxşı oynadıq, hətta qol da vura bilərdik. Dediyim kimi futbolda belə şeylər var. Vurursan qol olmur, ancaq rəqib ilk zərbəsindəcə uğur qazanır. İlk qoldan sonra da qapımızda heç nədən qollar gördük. Futbolda belə hadisələr çox olur. Biz çalışmalıyıq ki, bu məğlubiyyəti unutduraq.
- “Borussiya” ilə cavab oyunu haqqında nə düşünürsən?
- Əlbəttə ilk oyundakı məğlubiyyəti istəməzdik. Komandamız çox yaxşı oyunçulardan təşkil edilib. Bildiyiniz kimi Avroliqada ev oyunlarında məğlubiyyətimiz yoxdur. İstəyirik ki, bunu davam etdirək. Təbii ki, doğma azarkeşlər qarşısında meydana ancaq qələbə üçün çıxacağıq.
- Son oyunlarda səni ehtiyat oyunçular skamyasında görürük. Bu, daha çox nə ilə bağlıdır?
- Düzdür, son oyunlarda əsas heyətdə çıxış etmirəm. Bu, özümdən asılı olan səbəblərdəndir. Çalışıram ki, tam formaya düşüm. Necə ki, mən əsas heyətdə oynayanda kimsə ehtiyatda qalırdı, indi də mənim ehtiyatda qalmağım normal bir hadisədir. Əsas odur ki, oynayan oyunçu uğurlu çıxış etsin və komandaya yararlı olsun.
- Sənin mövqeyində Adamiya çıxış edir. Düşünmürsən ki, sənin ehtiyatda qalmağına məhz o səbəbkardır?
- Düşünürəm ki, geridə qalan matçlarda Adamiya yaxşı çıxış etdi. Baş məşqçimiz kimə şans versə, təbii ki, meydanda əlindən gələni etməyə çalışır. Hələ irəlidə uzun bir mövsüm bizi gözləyir. Bunları nəzərə alsaq, komandada oyunçuların bir-biri ilə əvəzlənməsi təbii bir haldır. Ola bilər ki, start heyətdə meydana çıxım və ya sonradan oyuna daxil olum. Bunun elə də ciddi önəmi yoxdur. Mən meydanda 10 dəqiqə də olsam, bu müddətdə çalışacam ki, komanda yoldaşlarımla birlikdə uğur qazanım. Hər halda mənə verilən şansdan maksimum istifadə etmək üçün əlimdən gələni edəcəm.
- Yığma komandamızın baş məşqçisi Berti Foqts Dortmunddakı oyundan sonra sizinlə görüşdü. Həmin görüşdə Foqts sizinlə nələri müzakirə etdi?
- O da bildirdi ki, “Borussiya” Almaniyanın ən adlı-sanlı klublarındandır. İstər tarixinə, istərsə də hazırkı vəziyyətinə görə Avropanın öndə gələn komandalarından biridir. Bununla belə, baş məşçqi vurğuladı ki, onlarla mübarizə aparmaq və yaxşı oyun göstərmək mümkündür. Biz də çalışacağıq ki, azarkeşlərimiz qarşısında baxımlı oyun nümayiş etdirək. Hər şey cavab matçında müəyyən olacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı