Millət vəkili Aqil Abbas ölkədə futbol oyunlarına icazə verilməməsindən danışıb.
Qol.az xəbər verir ki, Aqil Abbas Azərbaycanda futbol oyunlarının keçirilməməsinə görə cavabdeh qurumları sərt tənqid edib:
"Futbol oyunlarının keçirilməsinə icazə verilmədir. Bütün dünyada futbol bərpa edildi, hətta azarkeşləri də stadiona buraxırlar, bizdə 22 futbolçunu stadiona buraxmırlar. Stadionu azarkeşlər üçün də açmaq olar, bir oyuna 300-500 nəfər gəlir. Tofiq Bəhramov adına Respublika stadionunda oyun keçirsələr, 50 metr məsafə ilə azarkeşləri yerləşdirmək də olar. Əvvəldən bunun əleyhinə olmuşam ki, futbola mane olmasınlar. Mane olanda, axırda da belə situasiyalara gəlib çıxır. Biz hansı çıxış yolunu göstərə bilərik?
Karantin mütləq yumşaldılmalıydı, vəssalam. Oyunları başqa ölkədə keçirmək də mümkündür. Amma məsələn, Türkiyədə də vəziyyət bizdən yaxşı deyil axı, əksinə pisdi. Türkiyədə ölənlərin də, yoluxanların da sayı bizdən çoxdur. Gürcüstanda yoluxanların sayı nisbətən azdır. Azərbaycanda vəziyyət başqa bütün ölkələrdən yaxşıdır, yoluxanların da, sağalanların da sayında müsbət dinamika var. Bu mənada Azərbaycan yalnız Gürcüstandan geri qala bilər. Oyunları başqa harda keçirmək olar?
Hər şey məhv olub. Futbol daha olmayacaq, futbol bununla da bitdi. Amma narahat olmayın, dünya futbolu da bitdi. Hələ 3-4 il vaxt lazımdır ki, futbol özünə gəlsin. Futbolçu, komanda 3-4 ay ara verdisə, onu toparlamaq çətin olur, ona azı 2 il vaxt lazımdır... Deyirlər, milliyə də İtaliyadan De Byazi gəlib. Deyirlər, bəlkə o düzəltdi. Hara düzəldir? Bunlar bilirlər ki, futbol nədir?” ("Futbol+")
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır