Çempionlar Liqasının 1/8 finalında avqustun 8-i keçiriləcək cavab oyunları üçün hakim təyinatları açıqlanıb.
Qol.az xəbər verir ki, "Barselona" - "Napoli" görüşünü Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır idarə edəcək. Ona həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Melter yerinə yetirəcək.
"Bavariya"" - "Çelsi" matçının baş hakimi isə Rumıniya Futbol Federasiyasından Ovidiu Alin Hateqan olacaq. Köməkçi hakimlər Oktavian Şovre, Sebastian Qeorqe, dördüncü hakim isə Sebastyan Koltesku təyin edilib.
"Qarabağ"a rəqib oldular
Növbəti Bundesliqa matçı təxirə salındı
Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı - Video
"Real"ın məşqçilər heyəti müəyyənləşdi
"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır
Hakan Çalhanoğlu sıradan çıxdı
Yarımmüdafiəçi qolları ilə komandasının ən yaxşısı seçildi
"Atalanta" "Roma"nı qabaqladı
"Neftçi" Misir klubu ilə bərabərə qaldı