“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- Fariz müəllim, “Qəbələ” cari mövsümə elə də yaxşı başlamayıb. Sizcə, bunun əsas səbəbi nədir? Baş məşqçi, heyətdə aparılan dəyişikliklərlə əlaqədardır, yoxsa başqa amillər var?
- Təbii ki, cari mövsümə üç ardıcıl məğlubiyyətlə start verməyimizin bir çox səbəbi var. Həm baş məşqçimiz yenidir, həm heyətdə bir sıra dəyişikliklər baş verib. Bütün bunların oyunumuza təsirsiz ötüşməyəcəyi tam gözlənilən idi. Amma sizə deyim ki, “Xəzər Lənkəran”la çətin səfər oyununda rəqiblə başa-baş mübarizə apardıq. Yeganə səhvimiz oldu ki, o da qapımıza vurulan qolla nəticələndi. Düzdür, “Neftçi” ilə ev oyununda istədiyimiz futbolu göstərə bilmədilər. Çox zəif çıxış etdik. Amma son oyunumuzda tam fərqli futbolun şahidi oldum. Komanda çox yaxşı təsir bağışladı. Məğlubiyyətə rəğmən, komandadan razı qaldım. Hər halda “Bakı”ya meydandakı mübarizəyə görə yox, başqa amillər ucbatından yenildik. İstənilən halda son oyunumuz məndə gələcəklə bağlı nikbin fikirlər oyatdı.
- “Bakı”ya məğlubiyyətin başqa amillər ucbatından gerçəkləşdiyini deyəndə nələri nəzərdə tutursuz?
- Yəqin ki, özünüz də həmin qarşılaşmanı izləmisiniz. Oyunun baş hakimi Vüsal Əliyev komandamızın məğlubiyyəti üçün əlindən gələni etdi. İki futbolçumuza qırmızı vərəqə göstərdi, olmayan penaltini təyin etdi. Hələ rəqibin lehinə verilən xırda folları demirəm. Baş açmıram, onun komandamızın uduzması üçün bu qədər canfəşanlıq göstərməsi nəyinə lazımdır? Jabanın cərimə meydançasında özünü yerə atmasına oxşar epizod ondan əvvəl də olmuşdu. Bizim oyunçulardan Milan Antiç rəqib cərimə meydançasında eyni kobudluğa məruz qalmışdı. Niyə eyni münasibəti onda da göstərmədi? Belə ayrıseçkilik, tərəfkeşlik nə dərəcədə düzgündür? Bilirsiz, məni daha çox narahat edən məqam hansıdır? Hakim o dərəcədə ədalətsiz, səhv qərarlar verir, komandamızın açıq şəkildə məğlubiyyətinə şərait yaradır, amma hakim-inspektor ona 8.1 bal verir. Bu nə deməkdir? Onda belə çıxır ki, hər şey mütəşəkkil şəkildə, yuxarıdan təşkil olunub… Axı niyə hansısa hakimin belə qeyri-düzgün idarəçiliyinə göz yumulmalıdı? Axı eyni hadisələr başqa oyunlarda da təkrarlana bilər.
- Son oyunda qırmızı vərəqə alan oyunçularınızla bağlı AFFA İntizam Komitəsi də sərt qərarlar çıxarıb. Milan Antiç 6 oyunluq cəza, 5000 min manat cəriməyə layiq görülübsə, Lyuba Baranin 3 oyunluq cəza, 2000 manat cərimə olunub. Bu qərarları nə dərəcədə ədalətli hesab edirsiz?
- Bilirsiz, əgər həqiqətən bizim oyunçular elə hərəkətlərə yol veribsə, İntizam Komitəsinin qərarlarını ədalətsiz hesab etmək olmaz. Ən azı ona görə ki, bütün bunlar əsasnamədə nəzərdə tutulub və komitə üzvləri də qanunla belə hərəkət ediblər. Əsas ədalətsizlik ondadır ki, oyunçularımızı o həddə çatdırırlar. Təsəvvür edin ki, Antiçin top uğrunda mübarizə zamanı vurub ağzını partladırlar, dişinin biri düşür, daha dördü laxlayır, amma hakim oyunu saxlamaq istəmir. Futbolçu dişini əlinə götürüb aparıb hakimin gözünə soxur ki, bax da mənə qarşı belə kobudluq olub. Amma o, heç həkimlərin meydana girməsinə də imkan vermir. Belədə futbolçu təbii ki, həmin kobudluğu edən rəqibindən hesab sormaq məcburiyyətində qalacaq. Onda da hakim əlinə fürsət düşür ki, oyunçumuzu meydandan qovsun. Hər iki futbolçumuzun meydandan qovulmasının əsas səbəbkarı baş hakim oldu. Şərait yaratdılar ki, oyunçularımız ya rəqibə, ya da hakimə nəsə desin və onları meydandan qovsunlar. Yenə deyirəm, məni bunlar narahat etmir. Məni əsas narahat edən məqam bütün bu anormallıqlara göz yumulmasıdır. Nə məqsədləri var? Niyə axı “Qəbələ”yə qarşı belə arzuolunmaz münasibət göstərilməlidir?
- Sizcə, komandanız belə uğursuz startdan, arzuolunmaz münasibətdən sonra tezliklə toparlanmağı bacaracaqmı?
- “Bakı” ilə oyundan sonra Toni Adamsla da söhbətimiz oldu. O da bildirir ki, komanda oyundan-oyuna öz sözünü deyir. Müəyyən qədər zamana ehtiyac var. Getdikcə komandamız tam öz oyununu tapacaq və uğurlar qazanacağıq. Buna əminəm. Sadəcə, hakimlər tərəfindən belə ədalətsiz münasibətlə üzləşməyək.
- Artıq transfer pəncərəsinin bağlanmasına çox az vaxt qalıb. Yeni oyunçularla güclənmək planlarınız var, yoxsa bu sahədə fəaliyyətinizə yekun vurmusuz?
- Tam yekun vurmamışıq. Çünki hələ orta sahəyə daha bir futbolçu almaq istəyirik. Axtarışlarımız davam edir. Təbii ki, bu qısa müddət ərzində istədiyimiz oyunçunu tapa bilsək, daha bir transferimiz olacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi