«Turnir cədvəlinə diqqət yetirərkən «Neftçi»ni 9-cu pillədə gördükdə çox pərişan oldum.Buna görə də Azərbaycanın futbol çempionatı ilə elə də maraqlanmıram». Bu sözləri Qol.Az saytına verdiyi açıqlamada hazırda Ukraynada yaşayan, vaxtilə «Neftçi»yə uğurlar qazandıran Azərbaycanın əməkdar məşqçisi Əhməd Ələsgərov deyib. Təcrübəli mütəxəssisin sözlərinə görə, «Neftçi»nin vəziyyəti acınacaqlı olmaqla yanaşı, faciəlidir: «Neftçi» həmişə futbolumuzun flaqmanı olub. Belə adlı-sanlı komanda necə ola bilər ki, indi zəif çıxış edir? İndiki vəziyyət ürəyimi ağrıdır və hətta bu haqda danışmaq istəmirəm». Bununla belə, əməkdaşımız Ə.Ələsgərovdan klubun bu duruma düşməsinin səbəblərini öyrənməyə çalışıb. Ə.Ələsgərovun fikrincə, məşqçi seçimində səhvlərə yol verilib: «Bu addımı atdıqda həmişə ciddi düşünmək və doğru seçim etmək lazımdır. Tez-tez baş məşqçi dəyişikliyinin nə faydası var?! Gah Çexiya, gah Ukrayna, gah da Almaniyadan məşqçi gətirilir. Bu gün Gede «Neftçi»nin belə vəziyyətdə olmasında baş məşqçi birbaşa məsuliyyət daşıyır. Vaxtilə Naxçıvanın «Araz» klubu 24-cü yerdə gedirdi, mənim gəlişimdən sonra komandanı 1-ci yerə daşıdım. «Neftçi»ni də çətin vəziyyətlərdən çıxardığım vaxtlar çox olub. O zaman komandada özünəməxsus xüsusiyyətlər - yüksək əhval-ruhiyyə, əzmkarlıq, xarakter vardı, futbolçular qələbə qazanmaq üçün alışıb-yanırdılar. Bunların sayəsində uğurlara nail olurduq. Komanda üçün istər öz meydanında, istərsə də, səfərdə oynamağın heç bir fərqi yox idi». «Neftçi»dən təklif gəlsə, razılıq verərsinizmi» sualına Ə.Ələsgərov cavab verməkdən imtina edib: «Bu haqda nəsə demək istəmirəm». O bildirib ki, hər bir məşqçinin əsas məqsədi çalışdığı komandanı zirvəyə daşımaqdır: «Məşqçiləri ən əsası, komandalarına uğur qazandırmaq düşündürməlidir. Bu, çox önəmlidir. Əgər gətirilən məşqçiləri uğur maraqlandırmırsa, belə çıxır ki, onlar pul qazanmaq dalınca gəliblər. Bizdə səviyyəli məşqçilər yoxdurmu? Əlbəttə ki, var. Axı, Almaniya və digər ölkələrdən gətirilən çalışdırıcılar nəyə lazımdır?! Məgər onlar futbolu bizim məşqçilərdən yaxşı bilirlər?!»
Azərbaycan çempionu «İnter» bu günlərdə «Birlik kuboku»nda iştirak etməsinə baxmayaraq, Ə.Ələsgərov bu komanda ilə maraqlanmadığını və hansısa fikir bildirmək niyyətində olmadığını söyləyib.
AFFA-nın fəaliyyətinə toxunan təcrübəli mütəxəssis qurumun prezidenti Rövnəq Abdullayevin işini müsbət qiymətləndirib. Ə.Ələsgərov federasiya barədə xoş fikirlər söyləyib: «Rövnəq Abdullayevin federasiyaya gəlişindən sonra futbola maliyyə axını başlayıb ki, bu da həmin sahənin inkişaf etdirilməsində mühüm amillərdəndir. Uşaq futboluna xüsusi diqqət yetirilir. AFFA-nın inşa etdirdiyi Futbol Akademiyası ilə yaxından tanış olarkən hərtərəfli şərait yaradıldığını gördüm. Buna çox şad oldum. Futbolun inkişaf etdirilməsi üçün bütün qüvvələrin səylə çalışması vacibdir».
Milli komanda haqda danışan Ə.Ələsgərov futbolçularımıza beynəlxalq arenada uğurlar arzulayıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı