«Qarabağ» klubunun qapıçısı Fərhad Vəliyev Avropa Liqasının pley-off mərhələsində Dortmundun «Borussiya» klubuna qarşı oyundakı uğursuzluğun səbəbləri haqda Qol.Az saytının suallarını cavablandırıb.
- «Borussiya»ya 0:4 hesablı məğlubiyyətdən sonra komandanızda durum necədir?
- Bu gün (dünən - red.) baş məşqçimiz Qurban Qurbanovun iştirakı ilə yığıncaq keçirdik. Təbii ki, əhval-ruhiyyə yaxşı deyil. Amma baş məşqçimizin də söylədiyi kimi, artıq hər şey geridə qalıb və Dortmundakı uğursuzluğu unutmalıyıq. Bəli, biz cavab matçında adımıza layiq oyun nümayiş etdirib sərfəli nəticə qazanmalı və azarkeşlərimizi sevindirməliyik.
- Oyundan sonra klubunuzun rəhbərliyinin məğlubiyyətə görə komanda üzvlərinə iradları oldu?
- Matçdan dərhal sonra klubumuzun prezidenti soyunub-geyinmə otağına girərək bizə dəstək verdi. O da qeyd etdi ki, bu üzücü uğursuzluğu unutmaq lazımdır. Bildirdilər ki, həyat davam edir və biz gələcəyə baxmalıyıq. Biz də Dortmundakı matçı unudub qarşıdakı oyunlara ciddi yanaşmalıyıq. Dediyim kimi, hər şeyi unudub cavab qarşılaşmasında «Qarabağ»ın adına layiq oyun nümayiş etdirməliyik.
- Amma yəqin sən də razılaşırsan ki, artıq qrup mərhələsinə düşmək yalnız möcüzə sayəsində mümkündür.
- Təbii ki, bizi daha çətin oyun gözləyir. Növtəti mərhələyə vəsiqə qazanmağa gəlincə… Nə deyim, çıxıb azarkeşlərimizi sevindirmək istəyirik. Ən azı «Qarabağ»ın bu mərhələyədək nümayiş etdirdiyi oyunu təkrarlamaq əzmindəyik.
- Ümumiyyətlə, səncə, Dortmundakı oyunda «Qarabağ»a nə çatmadı?
- Vallah, heç bilmirəm, nə deyim… Hər halda belə tez qol buraxmaq komandamızda ruh düşkünlüyü yaratdı. Mənə bu haqda danışmaq çətindir…
- Bəlkə rəqibin güclü azarkeş dəstəyi sizə psixoloji olaraq təsir etdi?
- Doğrudan da, görüşə «Borussiya»nın xeyli azarkeşi gəlmişdi. Amma mən məğlubiyyətimizə bu amilin səbəb olduğunu düşünmürəm. Sadəcə, ilk iki qoldan sonra komandamızda ruh düşkünlüyü yarandı. Başqa nə deyim?..
- Məğlubiyyətə görə məsuliyyəti sənin üzərinə də atırlar.
- Düzdür, buraxılan qollarda, əsasən də ikincisində mənim səhvim var idi. Birinci və ikinci qolda top əlimə toxunub tora daxil oldu. Amma mən çalışıram ki, hər şeyi unudub gələcək oyunlara hazırlaşım. Biz peşəkar futbolçuyuq. Səhvimiz olub və olacaq da. Bundan heç kim sığortalanmayıb. Bir daha deyirəm, Dortmundakı matçı unutmağı çalışırıq… Baş məşqçimizin də istəyi budur.
- Sənə qarşı həm azarkeşlər, həm də media tərəfdən təzyiqlər var. Bu mənada, özünü psixoloji cəhətdən necə hiss edirsən?
- Təbii ki, belə səhvlərə yol vermək mənə çox pis təsir edir. Bir daha qeyd edirəm, həmin anları unutmağa çalışıram. Qarşımızda bizi çempionat oyunları da daxil olmaqla çətin matçlar gözləyir.
- Uzaq məsafədən vurulan zərbələrin bir qapıçı kimi sənin üçün daha həss olduğunu söyləmək olarmı? Nəzərə alaq ki, «Borussiya» ilə oyunlarda iki qolu məhz belə məsafələrdən buraxdın.
- Xeyr, mən bununla razılaşmıram. Biz dünya və Avropa çempionatlarının oyunlarını da izləyirik. Bu cür qollara tez-tez rast gəlmişik. Futbolda qapıçılar belə hallarla da üzləşirlər.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu