Almaniya telekanalı "Qarabağ"ın adını efirdə verməkdən çəkindi

Almaniya telekanalı "Qarabağ"ın adını efirdə verməkdən çəkindi
ÖLKƏ FUTBOLU 20 Avqust 2010 / 14:36 3113
-  A +

"Borussiya" - "Qarabağ" oyununun yayımı zamanı Almaniyanın ZDF telekanalı təxribata yol verib. "Həmin oyun telekanal tərəfindən "Borussiya" - "Ağdam" oyunu kimi təqdim edilib", -  Trend-in məlumatına görə, bunu jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
İbrahimov "Qarabağ" klubunun adının verilməsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan üçün təbliğat xarakteri daşıyacağını deyərək, Almaniya kanalı tərəfindən bunun qarşısının alındığını bildirib: "Onlar "Qarabağ" futbol klubunu "Ağdam" klubu kimi təqdim etdilər".
İbrahimov faktla bağlı Almaniyanın müvafiq qurumlarına müraciət edəcəklərini diqqətə çatdırıb.
 

Daha çox


Son xəbərlər