Son mövsümü «Turan» klubunda keçirmiş təcrübəli hücumçu Samir Musayev Qol.Az saytının suallarını cavablandırıb
- Samir, hazırda nə işlə məşğulsan?
- Heç bir işlə. Daha doğrusu, hazırda artıq çəkim var ki, onu aşağı salmağa çalışıram.
- Yəqin ki, məşq eləmədiyin üçün artıq çəki yığmısan.
- Yox, elə deməzdim. Tez kökəlməyim mənim orqanizmimdən irəli gəlir.
- Bu sözlərindən belə başa düşmək olarmı ki, səni bu il hansısa komandada görə bilməyəcəyik?
- Qismət… Bunu zaman göstərər. Ola da bilər, olmaya da.
- Hazırda fərdi şəkildə məşq edirsən?
- Bəli. Həm çəkimi aşağı salmaq, həm də formada qalmaq üçün fərdi şəkildə çalışıram.
- Yay transfer mövsümündə hasısa klubdan təklif almısan?
- Yox.
- Bəs, “Turan”da qalmağına nə mane oldu?
- O komanda haqda danışmaq istəmirəm.
- Bu komandayla aranızda nə kimi problem olub?
- Bilirsiniz, elə bir ciddi bir problemim olmayıb. Məsələ ondan ibarətdir ki, “Turan” rəhbərliyi yaşlı futbolçulara heç də yaxşı münasibət göstərmirdi. Düz hərəkət eləmədilər. Ayrıseçkilik elədilər. Çətin vəziyyətlərində onlara kömək olduq. Amma axırda bəhanə tapib bizə «siz çox yaşlısınız» deyib üz çevirdilər. Mənim 31 yaşım var. Mənə yaşlı deyirlər, amma sonra gedib 33 yaşlı oyunçu alırlar.
- Fikrincə, bu ayrıseçkiliyə səbəb nədir?
- Daha orasını bilmirəm. Bunu onlardan soruşsanız yaxşı olardı. Mən bunu onların öz insafına buraxıram.
- «Turan»da maaşların vaxtlı-vaxtında verilməsində problem olurdu?
- Yox, maliyyə cəhətdən problem olmayıb.
- Hər zaman müsahibələrində bildirmisən ki, karyeranı “Qarabağ”da bitirmək istəyirsən.
- Həqiqətən bunu çox arzulayıram. Amma düzü, «Qarabağ»dan mənə hər hansı təklif gəlməyib.
- Yeri gəlmişkən, «Qarabağ» bu gün Avroliqada Dortmund «Borussiya» ilə qarşılaşır. Bu oyun haqda fikrin necədir?
- “Qarabağ”ın ötən ilki uğurlarından sonra onların bu il də yaxşı nəticə qazanacağına inanıram. “Qarabağ” bu səddi də keçməyi bacarar. Buna onların gücü və ağıllı oyunu imkan verir. Sadəcə, özünə inanıb, rəqibin adından çəkinməyib oynamaq lazımdır. Mən inanıram ki, «Qarabağ» səfərdən yaxşı nəticəylə dönməyi bacaracaq.
Çox istərdim ki, o biri komandalarımız da yaxşı nəticə əldə etsinlər. Amma düzü, onların bu cür uğursuzluğu bir tərəfdən yaxşı oldu ki, artıq legionerlərə yox, yerli oyunçulara güvənmək lazımdır. Mən legionerlərin əleyhinə deyiləm. Amma axı, bütün komandanın əsas heyəti başdan-ayağa legionerlərdən ibarət olmamalıdır. Açığı, bu il mən “Qarabağ”dan başqa hansısa komandamızın uğur qazanacağına inanmırdım. Çünki gedib öz yerli oyunçularından zəif legioneri gətirib oynatmaqla heç bir uğurdan danışmağa dəyməz.
Şükür CAVAD
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi