Azərbaycan millisinin və Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun futbolçusu Riçard Almeydanın müsahibəsi
- Abu-Dabidə həyat necədir: Hazırkı vəziyyətinizdən razısınız?
- Burada hər şey yaxşıdır, məni qane edir. Əsas odur ki, mən və ailəm xoşbəxtik.
- Hazırda demək olar ki, bütün dünyada karantin rejimi tətbiq olunur. Vaxtınızı necə keçirirsiniz?
- Əsasən, hamı kimi evdə oluruq. Adətən, alış-veriş zamanı evdən çölə çıxırıq. Bütün günüm evdə keçir. Səhərlər fərdi məşq edirəm. Hərdən bu proses gündə iki dəfə olur.
- Ölkədə koronavirusla bağlı vəziyyət necədir?
- Burada virusa yoluxanların sayı 18 minə çatıb, bəlkə də keçib. Bununla belə, insanlara küçəyə çıxmaq üçün müəyyən qədər vaxt verilir. Ticarət mərkəzləri açılıb, amma uşaqlar gedə bilməzlər. Bunun üçün hamı maska taxmaq məcburiyyətindədir. Koronavirusa görə bəzi qaydalar sərtləşdirilib.
- Fiziki durumunuz nə yerdədir?
- Öz formamı qorumağa çalışıram. Çünki gələcəkdə nə olacağını heç kim bilmir.
- Çempionat nə vaxt bərpa olunacaq: Dəqiq tarix açıqlanıb?
- Çempionat yalnız avqustda bərpa oluna bilər. Açığı, həmin vaxt çox isti olacaq. Bu isə futbolçulara əlavə çətinlik yaradacaq.
- Dünyada bir çox futbolçu koronavirusla mübarizəyə öz dəstəyini göstərib. Siz bu məsələdə hansı formada köməklik etmisiniz?
- Mən də Braziliya vətəndaşlarına kömək etdim. Ümumiyyətlə, tək indi yox, hər zaman yeməyə heç nə ala bilməyən insanlara yardım edirəm.
- Klub rəhbərliyi məlum vəziyyətə görə maaşlarınızı azaltmayıb?
- Hələlik məvacibimizdə azalma olmayıb.
- Bu ilin yanvarından Abu-Dabidəsiniz. Pandemiya dövründə milli komandadan sizinlə əlaqə saxlayan, maraqlanan olubmu?
- Bəli, arada zəng vurub həm buradakı vəziyyətlə, həm də mənim özümlə maraqlanırlar.
- Birləşmiş Ərəb Əmirliklərində çempionatın səviyyəsi necədir? Futbolçular ərəb ölkələrinə yalnız pula görə gedirlər, yoxsa futbol amili də rol oynayır?
- Çempionatın səviyyəsi yaxşıdır. Futbolçular bura gözəl ölkədə yaşamaq istəyilə gəlirlər. Əlbəttə, pul məsələsi də diqqət çəkir. Amma növbəti mövsümdən maliyyə barədə ciddi dəyişiklik ola bilər. Pandemiya səbəbindən klublar futbolçulara indiki kimi çox maaş verməyə bilərlər.
- "Qarabağ"dan ayrıldıqdan sonra klubdan kimlərləsə əlaqə saxlamısınız?
- Əlbəttə, oradakı insanlarla tez-tez danışıram. "Qarabağ" indiyə qədər oynadığım ən yaxşı komandadır. Ən yaxşı baş məşqçi, direktor, prezident, futbolçularla birlikdə işləmişəm. Onların hamısını, hətta süpürgəçi xalaları da çox sevirəm. Bu günə qədər əldə etdiklərim Tanrının və ikinci dəfə mənə öz qapısını açan "Qarabağ"ın sayəsində olub. Bir gün mütləq bu komandaya qayıdacağam və karyeramı orada bitirəcəyəm (Report).
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video