Almaniyanın westline.de saytından “Bakı”nın baş məşqçisi Vinfred Şeferlə müsahibə dərc olunub. Müsahibəni təqdim edirik.
- Cənab Şefer, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bir dəfə belə bir ifadə işlətmişdi ki, Azərbaycanda əsas idman növü futbol yox, şahmatdır. Bu mənada, “Qarabağ” futbol ölkəsi olan Almaniya təmsilçisi önündə hansı nəticəyə ümid edə bilər?
- Bilirsiniz, bu, Avropa Liqasıdır və burada uğur qazanmağın öz qaydaları, qanunları var.
- Deməli, “Qarabağ” “Borussiya”ya layiqincə müqavimət göstərə biləcək?
- Əlbəttə ki, “Borussiya” bir klub kimi daha güclü və daha peşəkardır. Amma “Qarabağ” da pis komanda deyil. Üstəlik, onlar Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şansı əldə ediblər və bu imkanı əllərindən buraxmaq istəmirlər.
- Əlavə hansı məlumatı verə bilərsiniz, Ağdam klubunu necə xarakterizə edərdiniz?
- Bu komanda üçüncü təsnifat mərhələsində Polşanın “Visla” klubunu hər iki oyunda məğlub etməyi bacardı. “Qarabağ”ın heyətində kifayət qədər gənc futbolçu var. Özü də hamısı istedadlı və yerli oyunçulardır. Çox istəklidirlər, meydançada sona qədər əzmlə “vuruşurlar”. Üstəlik, Azərbaycan millisinin əsası da bu klubun futbolçularından təşkil olunub. Bir sözlə, “Qarabağ” sizin üçün ağacdan qopub düşən hazır armud deyil ki, rahatlıqla götürüb yeyəsiniz.
- Bəs əsas silahları nədir?
- İlk oyunda “Borussiya” təbii ki, öz azarkeşlərinə güvənəcək. Hər halda, “Siqnal İduna Park”da 80 min azarkeşin aramsız dəstəyi altında oynamaq böyük stimuldur. “Qarabağ”a gəlincə, müdafiədən hücuma çox yaxşı çıxır. Çünki sürətli futbolçuları var. Ən təhlükəli futbolçuları isə Əfran İsmayılovdur. Lakin o, ağır zədə aldığından, bu qarşılaşmada forma geyinə bilməyəcək. Bunu Borussiya” üçün üstünlük saymaq olar.
- Siz artıq müəyyən müddətdir Bakıda yaşayırsınız və yerli ab-havaya bələdsiniz. Əlavə olaraq, daha hansı məlumatları verə bilərsiniz?
- Təbii ki, cavab oyununda “Borussiya” özünü evdəki kimi hiss edə bilməyəcək. Başqa məlumat kimi onu deyə bilərəm ki, Azərbaycanda klubların məşq etdiyi və oynadıqları stadionların qazonları pis vəziyyətdədir. Bunu nəzərə almaq lazımdır. Bakı küləkli şəhərdir. Bu isə o deməkdir ki, gələn həftə dəhşətli istilərlə bərabər küləkli hava da sizə problem yarada bilər. Futbolda hər şey lotereya oyunu kimdir.
- Azərbaycan və Almaniya futbolunu nə dərəcədə müqayisə etmək mümkündür?
- Azərbaycan futbolu tədricən inkişaf edir. Məhz buna görə də mən və mənim kimi Avropada tanınan digər məşqçilər buraya gəlirlər. Bu təkcə ona görə deyil ki, Azərbaycan neft-qaz ölkəsidir və buradan gələn bütün gəlir futbola axır. Həm də ona görə ki, Azərbaycan Futbol Federasiyasının prezidenti çox ağıllı insandır və düşünülmüş siyasət aparır. Bununla belə, bura Dubay deyil. Məsələn, mənim “Bohum”dan “Bakı”ya gətirdiyim Joel Epalle Bundesliqada oynayarkən, daha çox pul alırdı, nəinki burada.
Mənbə: "Çempion-Azərbaycan" qəzeti
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı