“Araz”ın sonuncu rəqibi “Sportinq” oldu

“Araz”ın sonuncu rəqibi “Sportinq” oldu
ÖLKƏ FUTBOLU 18 Avqust 2010 / 11:18 2313
-  A +

Futzal üzrə UEFA kubokunun 2010-2011-ci il mövsümündə ölkəmizi təmsil edəcək “Araz”ın sonuncu rəqibi müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mübarizəyə ilkin mərhələdən başlayan və A qrupunda yer alan «Sportinq» hər iki rəqibini məğlub edərək qrup lideri olub.
Beləliklə mübarizəyə əsas mərhələdən başlayacaq təmsilçimiz 3-cü qrupda «Nikars» (Latviya), City US Targu Mureş (Rumıniya) və «Sportinq» (İrlandiya) komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, «Araz»ın mübarizə aparacağı qrupun oyunları sentyabrın 25-dən oktyabrın 3-dək Rumıniyada keçiriləcək.

Daha çox


Son xəbərlər