Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyevin müsahibəsi...
- Mövsümün mayın 23-dən davam etdirilməsi planlaşdırılır. Hansı amillər nəzərə alınmaqla tarix məhz belə müəyyənləşdirildi?
- Karantin müddəti uzadılmasa, mayın 4-ü son gün olacaq. Klublarla əlaqədə idik, onların fikirlərini öyrəndirdik. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub rəhbərləri daim onlayn müzakirələr aparırdı. Klublardan futbolçuların fiziki durumunun bərpası üçün nə qədər zamana ehtiyacın olacağı barədə maraqlanmışdıq. Bəzisi 2, bəzisi 3 həftə istədi. Biz də qərara gəldik ki, karantin ayın 4-ü götürülsə, 23-də başlaya bilərik. Çempionata bərpa olunanda birdən-birə sıx qrafik tətbiq etmək istəmirik. Ayın 23-dən sonra daha bir həftə vaxt vermək istəyirik və 29-30-u növbəti turu keçirməyi düşünürük. Məqsədimiz odu ki, klubların burdan da təlim-məşq toplanışı üçün vaxtı olsun, ordan da 1-2 həftə özlərinə gələ bilsinlər, birdən-birə çox yüklənməsinlər.
- Belə çıxır ki, klublar mayın 4-dən məşqlərə başlaya biləcəklər...
- Gözlənilən budur. Operativ Qərargah karantin müddətini uzatmasa, yəqin ki, klublar da hazırlığa start verə biləcəklər.
- Bildirdiniz ki, dərhal klubları çox yükləmək istəmirsiniz. İlk turlardan sonra qrafik dahamı sıx olacaq?
- Bəli, belə planlaşdırmışıq. 21-22-ci turlar arasında məsafə çox olacaq. Bundan sonra isə oyunları 3-4 gündən bir keçirməyi planlaşdırırıq.
- Kubok matçlarının çempionat bitdikdən sonraya saxlanması nə ilə bağlıdır?
- Kubok oynanılanda qrafik daha da sıxlaşır. Digər tərəfdən, kubokda oynamayan komanda orda çıxış edəndən daha çox istirahət imkanına malik olur. Daha ədalətli olsun deyə, belə qərar qəbul edildi. Onu da düşündük ki, kubokda mübarizəni dayandıran komandanın belə məqamda bir də bu yarışın bitməsini gözləməsi mənasızdır. Daha yaxşı olar ki, onlar çempionat bitdikdən sonra onlar artıq növbəti mövsümə və ya avrokuboklara hazırlığa başlaya bilsinlər, bunun üçün daha çox vaxtları olsun.
- Təqvim bəllidirmi?
- Təxminən bilirik. Ancaq tam mayın 4-də müzakirə olunacaq və açıqlanacaq.
- Mövsüm mayın 23-də bərpa olunsa, nə zamana yekunlaşacaq?
- Bu suala indi cavab verə bilməyəcəyəm. Biz həftəlik setkanı müəyyənləşdirmişik. İndi açıqlasaq, klublarda bir qədər çaşqınlıq yarana bilər. Hələ müzakirə olunmalı məsələlər var. Biz Avropa Peşəkar Futbol Liqaları ilə əlaqə saxlayırıq. Müzakirələr aparırıq ki, çempionatlarda hansı dəyişikliklər etmək mümkündür. O qədər məqam var, hətta bəzisi insana gülməli gəlir. Belə təklif olmuşdu ki, futbolçular qol sevinci yaşayarkən qucaqlaşa bilməzlər. Yəni, bu şeylərə qədər müzakirə olunur. Premyer Liqa matçlarına jurnalistlərin gəlməsi məsələsi var. Biz buna qadağa qoymaq istəmirik. Sosial məsafə saxlanılmaqla mətbuat konfranslarını təşkil etmək istəyirik. Otaqlar balacadırsa, ora müəyyən saydan artıq jurnalistin buraxılmaması tövsiyə olunacaq və s. Biz hər şeyi indidən ictimaiyyətə bildirsək, sonra çaşqınlıq olar.
- Oyunların azarkeşsiz keçiriləcəyi açıqlanıb. Vəziyyət yaxşılığa doğru gedərsə, yeni qərarla onların stadionlara buraxılması gözlənilirmi?
- Təbii ki. Əgər tam bilinsə ki, hər şey normaldır, həyat öz axarına qayıdıb, heç bir təhlükə yoxdur, ondan sonra azarkeşləri stadiona buraxmaq olar.
- Məşqsiz keçən uzun fasilədən sonra sıx qrafik. Belə məqamda futbolçuların fiziki durumu nəzərə alınarsa, əvəzetmə sayının artırılması müzakirə olunurmu?
- Təvazökarlıqdan uzaq olsa da, onlayn müzakirədə ilk olaraq biz təklif etmişdik ki, bəlkə əvəzetmə sayını 4 edək. Çünki oyunlar sıx olanda futbolçu daha tez yorulur. Səhv eləmirəmsə, hazırda qaydalarda belə bir dəyişiklik etməklə bağlı müzakirələr gedir. Hətta əvəzetmə sayını 5-ə yüksəltmək ideyası var. Bunun tətbiqi üçün ilk növbədə qərar “Oyun qaydaları”na əlavə olunmalıdır. Ola bilər ki, bərpa olunan çempionatlarda nəinki 4, hətta 5 dəyişikliyə icaz verilsin. Qaydalara müvəqqəti olaraq belə bir bənd əlavə edilsə, o zaman bizdə də tətbiq olunacaq. Ancaq özümüzdən edə bilmərik (futbolpress.az).
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş