Milyonçu Devid Bekhemin bacısı yoxsulluq içində yaşayır

Milyonçu Devid Bekhemin bacısı yoxsulluq içində yaşayır
DÜNYA FUTBOLU 15 Avqust 2010 / 17:22 3098
-  A +

Dünyanın ən varlı futbolçularından olan Devid Bekhemin bacısı Lunninin ağır həyat tərzi sürdüyü bəlli olub. Qol.Az-ın məlumatına görə, 37 yaşı və 3 uşaq anası olan Lunni əri Kolin Everidən ayrıldıqdan sonra yoxsulluq içində yaşayır. İndi onun yeganə ümid yeri hökumətin işsiz insanlara ayırdığı sosial təminatlara qalıb.
Bir ilə yaxındır ki, qardaşı Bekhemdən yardım aldığını deyən Lunni ulduz futbolçunun ona bir həftə üçün 64.30 funt-sterlinq sosial yardım ayırdığını bildirib.
Qeyd edək ki, 1999-cu ildə ailə həyatı quran Lunninin toyuna Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem qatılmayıb. O, Lunninin dəvətini rədd edib.
Hazırda Lunni üç uşağı ilə birgə qardaşı Devidin ona hədiyyə etdiyi 250 min funt-sterlinqlik evdə yaşayır. 
Yeri gəlmişkən, 125 milyon sterlinq pulu olan Devidin bacısına dəfələrlə maddi yardım etdiyi bildirilir.

Son xəbərlər
22.12.24  10:16

Daha 5 il "Bayer"də

21.12.24  17:52

Tovuzda heç-heçə