«Borussiya» «Qarabağ»la oyunöncəsi böyükhesablı qələbə qazandı

«Borussiya» «Qarabağ»la oyunöncəsi böyükhesablı qələbə qazandı
ÖLKƏ FUTBOLU 15 Avqust 2010 / 01:06 2916
-  A +

Avroliqanın pley-off mərhələsində avqustun 19-da öz meydanında «Qarabağ»la qarşılacaq Dortmundun «Borussiya» klubu dünən Almaniya kubokunda ilk oyununu keçirib. Qol.Az-ın məlumatına görə, səfərdə Burqhauzenin “Vakker” klubu ilə görüşən «Borussiya» 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Lukas Barrios, Neven Subotiç və Kevin Qrosskreuts vurublar. Almaniya kubokunun birinci mərhələsindəki bu qələbə sayəsində dortmundlular növbəti mərhələyə vəsiqə qazanıblar.

Daha çox


Son xəbərlər
topaz banner