“Qarabağ” yenidən Avropanın diqqət mərkəzində

“Qarabağ” yenidən Avropanın diqqət mərkəzində
ÖLKƏ FUTBOLU 13 Avqust 2010 / 16:04 3997
-  A +

Avropa Liqasının pley-off mərhələsində Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ” yenidən Avropanın diqqət mərkəzinə düşüb. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dördüncü təsnifat mərhələsində iştirak edən klubları təhlil edən saytda Ağdam təmsilçisinə də yer verilib: “Azərbaycan bayrağını Avropada dalğalandırmağa davam edən “Qarabağ” klubu bu mərhələdə çox çətin rəqiblə - Almaniyanın Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Lakin “Qarabağ” avroliqanın  qrup mərhələsinə düşəcək ilk Azərbaycan klubu olmağa yaxındır”.
Göründüyü kimi, avropalılar da komandamızın mərhələ adlamaq və qrupa düşmək şanslarının az olmadığına işarə vurublar. “Qarabağ”ın buna nə dərəcədə nail olacağını isə zaman göstərəcək.  

Daha çox


Son xəbərlər