“Neftçi”nin baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- “Neftçi” Azərbaycan Premyer Liqasında ilk sınağına “Qarabağ”la oyunda çıxdı və 1-1 hesablı heç-heçə qeydə alındı. Belə başlanğıc nə dərəcədə ürəyinizcə oldu?
- Mətbuatda gedən çıxışlarıma diqqət yetirmisinizsə, mən “Qarabağ” komandasının hazırda Azərbaycanın ən yaxşı kollektivi olduğunu vurğulamışam. Hər iki komanda Azərbaycanın ən güclülərindəndir və təbii ki, hər iki tərəf üçün ilk qarşılaşmada güclü rəqiblə oynamaq asan deyildi. Nəticə etibarilə biz də, rəqib də 2 xal itirib, 1 xal qazandıq.
- Ümumilikdə komandanın oyununu və oyunçuların mübarizəsini qənaətbəxş hesab edirsinizmi?
- Bilirsiniz ki, düşərgəmizə çoxsaylı yeni oyunçular cəlb edilib. Meydanda onlar arasında anlaşmanın istənilən səviyyədə olması üçün müəyyən vaxt tələb edilir. Oyundan sonra matçın video yazısını izlədim. Futbolçularımızın bəzən bir-birini başa düşməmələri onların bir yerdə çox az oynamaları ilə bağlıdır. Bu, bizə oyunda top itkiləri ilə başa gəldi . Hücum xəttində istədiyimiz qədər effektli oynaya bilmədik. Bununla belə, futbolçularımız taktiki cəhətdən onlara verdiyimiz tapşırıqları yerinə yetirə bildilər.
- Komandaya cəlb edilən yeni oyunçuların fiziki hazırlıqları hansı səviyyədədir?
- Futbolçuların fiziki hazırlığı ilə xüsusi məşqçilər məşğul olurlar. Mövsümün yeni başlandığını nəzərə alsaq, bu məsələdə bəzi kiçik problemlərin olması qaçılmazdır. Hazırkı vəziyyət üçün isə onu deyə bilərəm ki, oyunçuların fiziki hazırlığı məşqçilər korpusunu qane edir.
- “Neftçi”də gəncləşdirmə prosesinin getdiyi məlumdur. Gənclərin hazırlığı sizi razı salırmı?
- Əlbəttə, onlar ciddi səylə hazırlaşırlar. Komandada güclü rəqabətin olduğunu qeyd etməliyəm. Təbii, istərdik ki, gənclərin hamısına şans verək və təcrübə qazansınlar. Lakin razılaşın ki, “Qarabağ”a qarşı onların hamısını meydana buraxa bilməzdik. Məsələn, Fərid Quliyev yığmanın heyətində çıxış edir. Ondan faydalanmalıyıq və bunu edəcəyik, lakin hər şeyin öz zamanı var. Qarşıda elə matçlar olacaq ki, istər Fərid, istərsə də, digər gənc oyunçulara forma şansı veriləcək.
- Mövsümün ən səs-küylü transferi olan Mpenza haqqında nə deyə bilərsiniz? Bakıya gəlməyindən çox zaman keçməməsinə baxmayaraq ona start heyətdə şans verdiniz.
- Mpenza karyerası baxımından çox önəmli bir oyunçudur. Düzdür az müddətdir ki, o, Bakıdadır. Lakin oyun öncəsi məşqlərdə çox istəkli idi. Qol vurmaq mənasında ona verdiyimiz tapşırıqları yerinə yetirməkdə çətinlik çəkmirdi. O ki, qaldı onun əsas heyətdə oynamasına... Bilirsiniz ki, Türkiyədə yoxlama oyunlarında Flavinyo əsas heyətdə çıxış edirdi. Elə çempionatda da məhz ona güvənməyi planlaşdırırdıq. Lakin transfer vərəqi bizə gəlmədiyindən onun adını iştirak ərizəsinə daxil edə bilmədik. Həm bu səbəbdən, həm də hücum gücümüzü ilk dəqiqələrdən rəqibə hiss etdirmək arzusu ilə Mpenzanın əsas heyətdə yer almasına qərar verdik. Təbiidir ki, komanda yoldaşları ilə anlaşması istənilən səviyyədə deyildi. Bu da bayaq qeyd etdiyim kimi, onların bir yerdə oynamamasından irəli gəlir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi