Bu gün millimiz növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Berti Foqtsun çalışdırdığı millimiz Küveytlə qüvvəsini sınayıb. Bakıda baş tutan qarşılaşma yığmamız üçün böyük əhəmiyyət kəsb edib. Çünki bu qarşılaşma startına cəmi bir ay qalan seçmə mərhələ ərəfəsində komandamız üçün son sınaq olub. DÇ-2010-nun seçmə mərhələsindən bəri 7 yoxlama görüşü keçirən yığmamız bu matçla AÇ-2012-nin seçmə mərhələsinə hazırlığı yekunlaşdırıb.
Yoldaşlıq oyunu
11 avqust
21:00. Azərbaycan - Küveyt - 1:1
QOL: Elvin Məmmədov, 42 (1:0). Bader Almutva, 82 (1:1).
Baş hakim: Sergey Karasyov (Rusiya).
Baş hakimin köməkçiləri: Vitali Drozdov, İlya Barışnikov (Rusiya).
Dördüncü hakim: Anar Salmanov (Azərbaycan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k) (15. Ruslan Abışov, 46), 13. Vladimir Levin, 18. Maksim Medvedyev (2. Rail Məlikov, 46), 20. Ruslan Əmircanov (25. Cavid Hüseynov, 85), 6. Rəşad Sadiqov, (Samir Abasov, 65) 5. Elnur Allahverdiyev, 10. Elvin Məmmədov, (19. Rahid Əmirquliyev, 78) 4. Mahir Şükürov, 7. Vaqif Cavadov, 24. Fərid Quliyev (11. Rauf Əliyev, 46).
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 23. Səlahət Ağayev, 8. Aleksandr Çertoqanov, 9, 16. Amit Quluzadə.
Baş məşqçi: Berti Foqts.
KÜVEYT: 1. Xalid Əl Rəşdi, 13. Yarah Alateqi, 18. Ahmer Əl Matuq (k) (8. Mesid Alenzi, 56), 16. Hamid Yusif, 4. Məhəmməd Sanad, 5. Saleh Alhendi, 3. Əli Məqsəd, 27. Xalid Əl Qahtani, 7. Xalid Matar, 15. Talal Alamer (10. Valid Yumah, 46), 17. Abduli Əl Şmali.
Ehtiyat oyunçular: 6. Xalid Əl Əzmi, 9. Talal Alenzi, 11. Hamad Alenezi, 12. Bader Almutva, 14. Əhməd Əl Rəşdi, 19. Fahad Şahen, 20. Ahdel Əl Şamari, 21. Fahad Alenezi,
Baş məşqçi: Qoran Tufeciç.
* Hazırda komandalar oyunqabağı son məşqə çıxıblar.
Oyun başladı
4. Fərid Quliyev yaxın məsafədən hesabı açmağa yaxın olsa da, zərbəsi dəqiq olmur və kornerə çıxır
8. Rəqib müdafiəçilərin kobud səhvindən sonra Fərid topa yiyələnib, irəliləsə də, zərbəsini rəqib qolkiper zərərsizləşdirir
14. Rəqibimizin ilk təhlükəli hücumu. Sadıqov çətinliklə də olsa, küveytli oyunçunun qapıya zərbə endirməsinə mane olur
16. Mahirin iti bucaq altından qüvvətli zərbəsini rəqib qapıçı çətinliklə də olsa, qaytara bildi
Hazırda oyun daha çox meydanın mərkəzində davam edir
26. Hava çox isti olduğundan hər iki komandanın oyunçularına su içmək üçün qısa fasilə verilir
31. Elnur rəqib oyunçunu cərimə meydançası qarşısında kobudluqla dayandırır. Lakin küveytlilərin cərimə zərbəsi canlı səddə dəyib kornerə çıxır. Kornerdən də heç nə edə bilmirlər
33. Sağ cinahda Mahiri yıxırlar. Cərimə zərbəsini Şükürov özü yerinə yetirir. Lakin onun qaldırdığı topa cərimə meydançasında rəqib oyunçular daha tez toxunaraq, geri qaytarırlar
37. Vaqifin uzaqdan zərbəsi qapının üstündən keçir
38. Abduli Əl Şmali Kamranla üz-üzə qalsa da, zərbəsi azca fərqlə çölə çıxır
42. QOOOOOOOOOOOOOOOOOOOOOOOOOLLLL. Elvin Məmmədov Mahirin ideal ötürməsindən sonra yaxın küncü dəqiq nişan alır - 1:0
Komandamız təzyiqlərini davam etdirir. Ancaq rəqib komanda hücumlarımızın qarşısını dəqiqliklə kəsə bilir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Millimiz ikinci hissəyə əvəzetmələrlə başladı. Foqts Maksimin əvəzində meydana Raili, Rəşad Sadıqovun yerinə Ruslan Abışovu, Fəridin əvəzində isə Rauf Əliyevi meydana buraxdı.
46. Rəqib komandanın da heyətində dəyişiklik edildi. Talal Alamerin əvəzində meydana Valid Yumah çıxdı.
55. Hamid Yusifin təhlükəli zərbəsini son anda Kamran barmaqlarının ucuyla kornerə çıxarır
56. Qonaqların heyətində növbəti əvəzləmə. Ahmer Əl Matuqun əvəzində meydana Mesid Alenzi çıxır.
58. Mahirin qüvvətli zərbəsini qapıçı çətinliklə də olsa kornerə çıxardı
59. Komandamızın daha bir təhlükəli qol vəziyyəti. Yenə qapıçı əla reaksiya nümayiş etdirir
65. Rəşad Sadiqovun əvəzində meydana Samir Abbasov çıxdı
71. Raufun uzaqdan zərbəsini qapıçı son anda kornerə çıxara bildi
78. Elvin Məmmədovun əvəzində meydana Rahid Əmirquliyev çıxdı
82. Bader Almutva hesabı bərabərləşdirir - 1:1
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı