Antalyada təlim-məşq toplanışını başa vuran «Xəzər-Lənkəran» klubu bu gün vətənə dönür. Hazırda Türkiyədə olan komandanın baş məşqçisi İqor Ponomaryov hazırlıq prosesiylə bağlı Qol.Az saytına müsahibə verib
- Hazırlıq prosesini necə qiymətləndirirsiniz?
- Hər şey normal idi. Plana uyğun olaraq hazırlıq keçdik. Uşaqlar öz üzərlərində işlədilər və deyərdim ki, hər şeyi məni qane etdi.
- Antalyada sizə yaradılan şərait necə idi? Səhv etmirəmsə, öncə başqa bir oteldə məskunlaşmışdınız, lakin sonradan hava şəraiti səbəbindən yerinizi dəyişməli oldunuz.
- Şəraitlə bağlı heç bir narazılığım olmadı. Hər şey yüksək səviyyədə idi: məşq keçdiyimiz meydança, qaldığımız otel. Sadəcə hava şəraiti son günlər məşqlərimzə bir qədər maneçilik törətdi. Bununla belə, nəzərdə tutulan plan üzrə məşq etdik və yoldaşlıq görüşlüri keçirdik.
- Yoldaşlıq görüşlərindən söz düşmüşkən, bu haqda da danışaq.
- Normal oyunlar keçdi. Uşaqlar özlərini göstərmək üçün əllərindən gələni etdilər. Hamı var gücünü meydançada qoydu ki, özünü sübut etsin. Mənim özüm üçün də bu oyunlar çox vacib əhəmiyyət daşıyırdı. Çünki yeni baş məşqçi idim, uşaqların çoxunu tanımırdım.Bu mənada, yoxlama oyunlarının bizə çox faydası dəydi.
- Komandanı ikinci dövrəyə neçə faiz hazır sayırsınız?
- Bunu faizlə demək olmaz. Çünki biz yalnız hazırlığın Antalya mərhələsini başa vurmuşuq. İkinci dövrənin hazirlığını Azərbaycanda davam etdirəcəyik.
- Komandada yeni cəlb olunan futbolçularla müqavilə bağlamısınız?
- Xeyr. Çünki hələ tələsmək lazım deyil. Həmin futbolçuların transferi ilə bağlı Bakıya qayıtdıqdan sonra gərək rəhbərliklə görüşüb söhbət aparım. Yalnız bundan sonra konkret söz demək olar.
- Deməli, bəyəndiyiniz yeni futbolçular var?
- Bəli.
- Hazırkı qış hazırlıq dönəmində bəzi klublar var transfer bazarında çox fəaldırlar. Amma bu məsələdə “Xəzər-Lənkəran” passivdir.
- Hərənin öz siyasəti var. Mən kimsənin transfer fəaliyyəti haqqında danışmaq istəmirəm. Özümüzə gəlincə, niyə passivik ki? Bizim də bu sahədə öz siyasətimiz var. Sadəcə, dediyim kimi, tələsmək lazım deyil.
- Son vaxtlar İvan Svetkovun “Xəzər-Lənkəran”dan ayrılacağına dair söhbətlər dolaşmaqdadır. Hətta “İnter”in prezidenti Georgi Nikolov bildirib ki, bu futbolçunu heyətlərinə qatmaq istətirlər və hücumçu ilə bağlə baş məşqçiyə də tövsiyələrini verəcək.
- Svetkov “Xəzər-Lənkəran”ın futbolçusudur və heç yana getməyəcək. O, hazırda klubun düşərgəsindədir, kollektivlə birlikdə məşqlərdə iştirak edir.
- Klubunuzda maliyyə probleminin olması barədə məlumat yayılıb.
- Heç bir problemdən söhbət gedə bilməz. Bu informasiya həqiqətə uyğun deyil.
- Bəs, sizinlə Svetkov arasında hansısa problem var?
- Hələ ki, yox.
- Antalyada olduğunuz müddətdə klubun sahibi Mübariz Mənsimov klubun düşərgəsinə baş çəkdimi?
- Mübariz Mənsimovun sıx iş qrafiki var. Bir də bu adi bir təlim-məşq toplanışı idi. Amma daim bizimlə əlaqə saxlayın vəziyyətimizlə maraqlanırdı.
- Deməli, Mənsimovun dəstəyini hiss edirsiniz?
- Bu, şübhəsizdir.
- İkinci dövrədə qarşıya qoyulan əsas məqsəd nə olacaq - çempionluq, yoxsa mükafatçılar sırasına düşmək?
- Əsas məqsəd hər oyuna qələbə üçün çıxmaq və azarkeşlərə gözəl futbol bəxş etmək olacaq.
- Hazırkı heyət buna qadirdir?
- Mənə elə gəlir, bir qədər də güclənməliyik. Çünki bəzi mövqelərə futbolçu lazımdır.
- Konkret hansı mövqelərə?
- Bunu açıqlamaq istəmirəm.
- Azərbaycan futbolunda nə dəyişib?
- Bunu birmənalı şəkildə demək çox çətindir ki, nə dəyişib, nə dəyişməyib.
- Foqts və milli komanda haqqında fikirlərinizi bildirmək istəmirsiniz?
- Kiminsə haqqında və onun iş prinsipi barəsində fikir bildirməyi xoşlamıram. Hərənin öz futbol fəlsəfəsi var və bunu fəaliyyətində tətbiq edir.
- Sizcə Foqts öz təcrübəsi, biliyi ilə Azərbaycan millisinə, ümumiyyətlə, Azərbaycan futboluna xeyir verə biləcək?
- Əgər AFFA rəhbərliyi onu bu vəzifəyə layiq bilibsə, deməli, belə məsləhətdir. Zaman hər şeyi göstərəcək, indidən hansasa fikir bildirmək tezdir.
- Sonda çempionatımızız səviyyəsi haqqında nə deyə bilərsiniz? Yəqin müəyyən informasiyanız var?
- Açığı çoxdandır yerli çempionatın oyunlarını izləmirdim. Bu mənada, mənim üçün nəsə demək çətindir. İkinci dövrə start götürdükdən sonra fikir söyləyə bilərəm.
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi