"Neftçi”nin futbolumuzun flaqmanı olduğunu hər kəs bilir. Əsas məqsəd komandanın əvvəlki şöhrətini qaytarmaqdır. Yeni mövsümdə isə ən azı Avroliqaya vəsiqə qazanmalıyıq”. Qol.Az-ın məlumatına görə, “Neftçi”nin prezidenti Sadıq Sadıqov belə deyib. Unibank Premyer Liqasının ilk turunun dünən “Qarabağ”a qarşı keçirdiyi oyunla bağlı təəssüratlarını bölüşən klub rəhbəri Ağdam təmsilçisini güclü rəqib kimi xarakterizə edib: “Bilirsiniz ki, “Qarabağ” Avropa Liqasında böyük uğurlar qazanıb. Belə rəqiblə oynamaq böyük məsuliyyət tələb edir. Hesab edirəm ki, “Qarabağ”la heç-heçə oynamaq “Neftçi” üçün pis nəticə deyil. Bu komandalar bir-birinə layiqli rəqibdir. Bilirsiniz ki, komandamız yeni qurulub və futbolçular tam uyğunlaşmayıblar”.
Prezident yeni transferlər və azarkeşlərlə bağlı fikirlərini bildirib: “Futbolçuların transferinə özüm nəzarət etmişəm. Mütəxəssislərin məsləhətinə əsasən yeni oyunçular transfer olunub. İnanıram ki, biz bu işdə doğru addım atmışıq və yanılmamışıq. İlk turda azarkeş azlığı qəbul olunandır. Ona görə ki, yay fəsli olduğu üçün bir çoxları istirahətdədir. Yeni mövsümdən oyunlarımızı Respublika stadionunda keçiririk. “Neftçi”nin iddiaları böyük olduğundan bütün ev oyunlarımız məhz baş arenada olacaq. Çalışacağıq ki, öz oyunumuzla hər qarşılaşmada 8-10 min azarkeş cəlb edək. Buna necə nail olacağımızı gələcək göstərəcək”.
“Neftçi”nin rəhbəri “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanacağına inamını ifadə edib: “Qarabağ” adı hamımıza çox doğmadır, həmişə bu komanda ilə fəxr edirik. “Qarabağ”ın Avropada meydan sulaması ermənilərə böyük dərsdir. Bu komandada vətənə böyük sevgi, qürur, birlik - bir sözlə, bütün müsbət keyfiyyətlər cəmlənib. Bunlar olan yerdə möhtəşəm uğurlar da olur. İnanıram ki, “Qarabağ” Almaniyanın “Borussiya” klubunu da mübarizədən kənarlaşdıracaq. Doğrudur, rəqib çox güclüdür, ancaq heç nədən çəkinmək lazım deyil”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı