Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.
Qol.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.
Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində fevralın 2-də keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Xatırladaq ki, Əliyar Ağayev ötən ilin mart ayında Superliqada PAOK - "Atromitos" matçına da təyinat almışdı.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video