“Şübhəsiz, cütün favoriti Dortmund “Borussiya”sıdır. Ancaq bu o demək deyil ki, biz mübarizəmizi davam etdirməməliyik. Çıxıb öz oyunumuzu oynamağa, sonadək mübarizə aparmağa çalışacağıq”. Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ötən il olduğu kimi, bu il də uğurlu çıxışı ilə pley-off mərhələsinə kimi irəliləməyi bacaran Ağdam klubunun gənc çalışdırıcısı ruhdan düşməyə əsas görmür: “Borussiya” futbolu güclü inkişaf etmiş Almaniya təmsilçisidir. Bu isə o deməkdir ki, işimiz həqiqətən də çətin olacaq. Amma ruhdan düşmək də lazım deyil. İstənilən komandaya qarşı oynamaq mümkündür. Biz də əlimizdən gələni edəcəyik ki, uğurumuzun davamı gəlsin. İlk oyunda səfərdən sərfəli nəticəylə dönə bilsək, daha yaxşı olar. Hər halda indi hər kəs, nəinki almanlar, hətta biz özümüz də daha çox “Borussiya”nın qrup mərhələsinə düşəcəyini düşünürük. Lakin futbolda sensasiyalar da az olmur. Çalışacağıq ki, sensasiyaya imza atıb, “Borussiya” səddini də keçək. Nə qədər çətin olsa da, bu yolda əlimizdən gələni etməliyik”.
Qurbanov Unibank Premyer Liqasının açılış turunda “Neftçi” ilə oyuna çıxacaqlarını təsdiqləsə də, ikinci turda PFL-dən oyunlarının təxirə salınmasını xahiş etmələrini istisna etmir: “İlk turda oynayacağıq. Təbii ki, yorğunluq olacaq. Amma çalışacağıq ki, Avropa Liqasında oynatmadığımız futbolçulara güvənək. Amma ikinci turun oyununun təxirə salınması mümkündür. Düzdür, bu barədə rəsmi qərar qəbul etməsək də, fikrimiz var. Çünki ayın 11-də futbolçularımızın millinin heyətində Küveytlə yoldaşlıq oyununa çıxmasını da nəzərə almalıyıq. Bu dərəcədə sıxlıq “Borussiya” ilə oyunlarda işimizi daha da çətinə sala bilər”.
Lakin Ağdam klubunun çalışdırıcısı futbolçularının millidən çox yorğun qayıtmaması üçün yığmamızın baş məşqçisi Berti Foqtsdan xahişdə bulunmağın mümkünsüz olduğunu düşünür: “Yox bu düşgün çıxmaz. Təbii ki, onun da müəyyən planları var. Biz sadəcə ikinci oyunumuzun təxirə salınmasını xahiş edə və öz gücümüzü düzgün paylaşmaqla vəziyyətdən çıxış yolu tapa bilərik”.
“Qarabağ”ın baş məşqçisi sonda Vaqifin mümkün dönüşünə də münasibət bildirib: “Təbii ki, Vaqif kimi oyunçunun yenidən komandamıza dönüşü pis olmazdı. Amma nəzərə almaq lazımdır ki, burda futbolçunun öz istəyi də vacibdir. Vaqif o vaxt karyerasını ölkə xaricində davam etdirmək üçün bizdən ayrıldı. İndi də yaxşı olardı ki, heç olmasa “Tvente”ni başqa əcnəbi kluba dəyişsin. Amma gəlsə, rəhbərliklə bu barədə danışıb, müvafiq qərar qəbul edərik. Hələlik bu haqda mən də ordan-burdan xəbər tutmuşam. Hələ ortalıqda rəsmi nəsə yoxdur”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı