Peşəkar Futbol Liqası məhdud imkanlara baxmayaraq, ötən il olduğu kimi, bu il də klublarımızın Antalyadakı yoxlama oyunlarını canlı yayımlayır. Futbolsevərlər hər oyun günü bir qarşılaşmanı PFL-in “YouTube” kanalında izləyə bilir.
Qol.az saytının müxbiri bununa bağlı qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə danışıb. O, izləyicilərin bu yayıma böyük maraq göstərdiyini bildirib:
“Əsas məsələ budur ki, oyun göstərilsin, insanlar buna baxsın. İzləyicilər də çox razıdırlar. Xüsusilə "Neftçi"nin oyununda izləmə sayı 10 mini keçmişdi. Təkcə Azərbaycanda yox, rəqib komandanın azarkeşləri də izləyirdi. Təbii ki, televiziyanın yayımı daha yaxşı olar. Məsələn, Almaniyada oluruq, bəzi sorğularda iştirak edirik. Onlarda da var, liqa özü internet üzərindən yayımlayır. Orada liqalar bölünüb - Bundesliqa və s. Hər birinin də öz işçi qrupu var. Onlar da öz “YouTube” kanalından bu oyunları təqdim edirlər. Yüksək liqalar yox, aşağı liqalar bunu edir. Bizdə də qarşılaşmalar çoxdur. Bu gün (yanvarın 18-i-red.) 4 komandamız oynayır - "Qəbələ", "Səbail", "Sumqayıt" və "Qarabağ". Hamısını eyni anda göstərmək mümkün deyil. Sadəcə olaraq imkanımız buna çatır.
Azarkeşlərin yazdığı şərhlərdən görürük ki, əksəriyyəti təşəkkür edir, narazı olan yoxdur. Hətta, elə televiziyalar var ki, icmalları hazırlamaq üçün bizim kanaldan götürüb, hazırlayıb, xəbərlər proqramı üçün material olaraq təqdim edə bilirlər. Yəni, informasiya qıtlığı yaşanmır. Hazırda bizim media nümayəndələrimizin və ya televiziya orqanlarımızın çoxusunun Antalyaya gəlməyə o maddi imkanı yoxdur. Canlı yayım göstəririk. Bu, onlar üçün də bir dəstəkdir”.
Aslan Şahgəldiyev imkanlarının məhdud olduğundan çəkiliş zamanı bir videokameradan istifadə etdiklərini deyib: “İmkanımız buna çatır. Amma həqiqətən də yayımın keyfiyyəti çox yüksəkdir. 80 HD-nin ən yüksək keyfiyyətidir. Özünüz də yəqin ki, izləyirsiniz. PTS ilə istədiyimiz keyfiyyəti əldə edə bilmirik deyə 3-4 kamera ilə yayımlamaq istəmirik. Oyunları göstəririksə, gərək bunu yüksək keyfiyyətlə edək. Gələcəkdə düşündüyümüz planları həyata keçirə bilsək, mini montaj studiyası qurmağı fikirləşirik”.
Görüşlərin əksəriyyətinin şərhsiz yayımlanmasına da toxunan PFL rəsmisi gələcəkdə bu məsələni çözəcəklərini qeyd edib: “Ötən il ümumiyyətlə, şərhçi məsələləri alınmırdı. Bu işi gördükcə, yavaş-yavaş ideyalar gəlir. Məsələn, keçən il oyunu çəkdik, problemlər çıxırdı. Sonra yoluna qoyub, yüksək keyfiyyətlə təqdim edə bildik. "Neftçi"nin qarşılaşmasında şərhi sınadıq. Çox yaxşı alındı, problem olmadı. Gələcəkdə istəyirik ki, yayım zamanı şərh də olsun. Yenə deyirəm, bir neçə kameradan istifadə edərək çəkiliş aparsaq, həmin oyunlarda şərhdən, hətta, təkrarlardan belə istifadə etməyi düşünürük. Bu, maliyyə ilə bağlı olan məsələdir”.
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı