“Azarkeşlərimiz bizə böyük dayaqdır. “Visla” ilə cavab oyununda da hər zamankı kimi onlardan böyük dəstək alacağımıza inanırıq. Düşünürəm ki, sona kimi bizi dəstəkləyəcəklər. Birliktə başladığımız bu yolda bizi yenə yalnız buraxmayacaqlarına inanaraq azarkeşlərimizdən avqustun 5-də tribunalardakı yerlərini tutmalarını gözləyirik”. Bu sözləri Qol.Az-ın müxbirinə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, avqustun 5-də Avroliqanın ücüncü təsnifat mərhələsində “Visla” ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşmasının hazırlıqları intensiv olaraq davam etdirilir. Onlara hər bir şəraitin yaradıldığını və komandada vəziyyətin istədikləri kimi olduğunu bildirən Qurban Qurbanov zədəli futbolçularının olmadığını və oyunçuların hazır formada olduqlarını deyib. O həmçinin qeyd edib ki, Polşadakı oyunda zədə ucbatından əvəz edilmiş Andrey Rubinsin problemi ciddi deyil və o yalnız bir məşqi buraxmalı olub: “Rubins cavab qarşılaşmasına hazırdır”. Bununla yanaşı, Qurban Qurbanov istər əsas, istərsə də əvəzedici heyətdə istədikləri potensialı yaratdıqlarını da söyləyib.
“Visla”nın oyuna ilk dəqiqələrdən qələbə istəyi ilə irəli atılaraq başlayacağını düşündüyünü deyən Q.Qurbanov “Biz çalışacağıq ki, müdafiədə çox diqqətli, səhvsiz oyanayaq və irəli atılmış rəqibi sürətli əks-hücumlarda yaxalayaq. Lakin təbii ki, matçın gedişatından asılı olaraq, oyun planında taktiki dəyişikliklər də edə bilərik” – deyə o qeyd edib.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq