Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda öz meydanında «Qarabağ»a məğlub olan Polşanın «Visla» klubunun prezidenti Boqdan Basalay Polşa mətbuatına müsahibəsində uğursuzluğun səbəblərinə aydınlıq gətirməyə çalışıb.
- Yəqin ki, yatsanız yuxunuza da girməzdi ki, «Qarabağ»a evdə uduzacaqsınız…
- Bəli. Amma hələ cavab qarşılaşması var.
- Sizcə, «Visla» niyə uduzdu?
- Biz çox pis oynadıq. Xüsusilə hücum xəttində. Sadəcə, necə oynayacağımızı bilmirdik.
- Ötən mövsüm «Visla»da orta xətdə Qlovaçki - Marselo tandemi vardı. Amma klub bu futbolçuları sataraq 4 milyon avro gəlir əldə etdi. Onların mövqeyində isə Kovalski və Polşada heç kimə tanış olmayan Bunoza çıxış edirdi.
- Azərbaycanlılarla oyun göstərdi ki, bu cütlükləri müqayisə etmək doğru deyil.
- Qlovaçki və Marselo ötən il «Levadiya»ya qarşı Çempionlar Liqasındakı məğlubiyyətdə iştirak etmiş oyunçular idi. Bu dəfə isə onlar heyətdə yox idi. Deməli, bu futbolçuların olmaması «Qarabağ»a məğlubiyyətə səbəb deyil.
- Məsələ aydındır. Dediyim kimi, biz hücumda pis oynadıq, müdafiə xəttimizdə isə lider yox idi. «Qarabağ»a 3:1 və 4:2 hesabı ilə qalib gəlməliydik. Əminəm ki, komandamızın stopperləri olan Kleber və Çaves inkişaf edəcəklər. Təəssüf ki, Çavesi «Qarabağ»la oyunun iştirak ərizəsinə sala bilmədik. Kleberin zədələnməsi isə bəxtlə bağlıdır.
- Sizin futbolçulara iradınız var? Veteran Jeravski penaltini vura bilmədi.
- İradım yoxdur. Futbolda belə şeylər olur. Mən futbolçularımızda iddianın olmadığını müşahidə etmədim. Onlar mübarizə apardılar. Niyə məğlub olduğumuzu isə artıq dedim.
- Bu, biabırçı məğlubiyyətdir. Razısınız?
- Bunu belə qiymətləndirə bilərsiniz. Amma zəif komandaların gücü birdən-birə artıb. Əgər Azərbaycandan danışsaq, ötən illəri xatırlamalı olacağıq. Amma Azərbaycanın hazırkı klublarını qiymətləndirməmək doğru deyil. Hazırda Polşada da onların büdcəsində olan komandalar var. Eyni zamanda onu da qeyd etməliyəm ki, «Qarabağ»a hörmət edirəm, amma axı, onlar «Mançester Yunayted» deyil.
- Siz bu məğlubiyyətə görə futbolçularınızla söhbət etməyi düşünürsünüz?
- Onsuz da hamı «Visla»nın imkanlarını yaxşı bilir. Mən bilirəm ki, oyundan sonra futbolçular gecəyə qədər məşqçiylə söhbət ediblər. Onlar qarşıdakı matça ciddi hazırlaşmalı və səhvlərini düzəltməlidirlər. Çünki bütün bunlara görə onlara yaxşı pul verilir.
- Siz «Visla»nın təkrar oyunda məğlubiyyətin əvəzini çıxa bilməyəcəyini təsəvvür edirsiniz?
- Əgər müsbət cavab versəm, yalan danışmış olaram. Çünki futbolçular söz veriblər ki, Bakıya ancaq qələbə üçün gedəcəklər. Mən özüm də uğura inanıram.
- Bütün hallarda, «Visla» növbəti mərhələyə adlaya bilməsə, bu, klubun büdcəsinə nə dərəcədə təsir göstərəcək?
- Bunun hansısa formada təsiri olacaq.
- Baş məşqçi Henrik Qasperçak «Visla»dakı gələcək fəaliyyətilə bağlı narahatlıq keçirməlidir?
- Hər bir məşqçi gördüyü işi görə qiymətləndirilir.
Mənbə: sports.pl
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi