Vaqif Cavadov Hollandiya superkubokunun qalibi oldu (YENİLƏNİB)

ÖLKƏ FUTBOLU 1 Avqust 2010 / 00:57 5521
-  A +

Bu gün Hollandiya superkuboku uğrunda oyun keçirilib. Qol.Az-ın məlumatına görə, son ölkə kubokunun qalibi «Ayaks»la çempion «Tvente» üz-üzə gəlib. Bakı vaxtı ilə saat 23.00-da başlanan bu matçda millimizin «Tvente»də çıxış edən hücumçusu Vaqif Cavadovun adı "18"liyə salınsa da, o, meydana çıxmayıb. 

Oyun isə "Tvente"nin 1:0 hesablı qələbəsilə başa çatıb. Yeganə qolu 8-ci dəqiqədə Lük de Yonq vurub. 43-cü dəqiqədə "Ayaks"lı futbolçu Suarez ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Beləliklə, bu qələbə sayəsində "Tvente" Hollandiya superkubokunun qalibi olub. Vaqif meydana çıxmasa belə, bu fəxri mükafatı qazanan futbolçular sırasına düşüb.

Daha çox


Son xəbərlər