"Sevilya"nın bizim üçün yaxşı rəqib olduğunu bilirdik. Matçda da rəqibin bizdən daha yaxşı futbol nümayiş etdirdiyini gördük. Bu da komandalar arasında böyük fərq olduğunun göstəricisidir".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 5-vi turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
32 yaşlı rəqibin güclü təzyiqi ilə üzləşdiklərini bildirib: "Oyuna çıxanda bizi heç-heçə də qane edirdi. Ona görə də birinci hissədə və ikinci yarının əvvəlində irəli tam qüvvə ilə getməməyə, diqqətimizi müdafiəyə yönəltməyə çalışırdıq. Ancaq 90 dəqiqə müdafiə olunmaq da arabir alınmır. Rəqib təzyiq edir və belə problemlər yaşanır. Bəzi epizodlarda qapımızı xilas edə bilirdik. Müdafiəçimizdən səkən top qapımızdan keçdi. Bundan sonra itirəcəyimiz bir şey qalmamışdı. Məcbur olub sistemi dəyişdik, keçdik 4 müdafiəçiyə. Artıq futbolçularımız da yorğun idi. Hücum futbolu nümayiş etdirməyimiz üçün əvəzetmələr oldu. Bundan sonra açıq futbol getdi. Belə olan halda da hamı rəqib oyunçularla təkbətək qalırdı. Ona görə də futbolçularımızın bəzilərinin ayaqlarında qıcolmalar olurdu".
Görüşdə müdafiənin mərkəzində yer alan Medvedev sol cinahda çıxış edən Ailton Silva və Abdullah Zubir oyununu dəyərləndirib: "Zubir fərdi olaraq çox güclü futbolçudur. Bu gün də ən yaxşısını etməyə çalışdırdı. Hamı xaricdə oynamaq istəyir, bütün menecerlər belə oyunları izləyirlər. Təəssüf ki, Zubir də bizim kimi müdafiə olunurdu. Nəsə göstərmələrinə imkan yox idi. O, futbolçuları təkbətəkdə keçməyə öyrəşib. Amma bu gün buna imkan vermirdilər. Ona görə də bir az fərqli görsənirdi. Ailtona gəlincə, onun 25 yaşı var. Daha yaxşı komandaya keçmək üçün özünü göstərmək istəyirdi. Potensialı var. Ona görə də bu gün çox mübarizə aparırdı".
Növbəti mərhələ şanslarını itirmələrinə münasibət bildirən Maksim Medvedev futbolçularının vacib oyunlar öncəsi zədələnmələrindən naragat olduğunu deyib: "Əvvəlki illərlə müqayisədə builki qrup daha münasib idi. APEOL-i Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 udduq, evdə isə 0:2 uduzduq. Bizim üçün çox maraqlı komanda oldu. Bir-birimizi narahat edirdik. Kipr təmsilçisi indi "Düdelanj"ı 2:0 udub. Ona görə də artıq şans qalmayıb. Qrupdan ikinci yerlə çıxmaq istərdik. Ən lazımı məqamda oyunçularımız zədələnir. Diqqət yetirməliyik ki, inanıb aldıqlarımız bizə böyük oyunlarda kömək etsinlər".
Mundialda Afrika rekordu
“Şah”ı mat edən Aydın
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video