"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Görüşlə bağlı nə deyəcəksən?
- Buradan ən azı bir xalla ayrılmaq istəyirdik. Rəqibin topa yaxşı nəzarət etdiyini bilirdik. Ona görə müdafiəyə daha çox fikir verərək, ən azı bir xal qazanmaq istəyirdik. Üç xal da arzulayırdıq. Amma bizim üçün daha real bir xal idi. Əlimizdən gələni etdik. Qola qədər rəqibə 100 faizlik epizod vermədik. Yaxşı müdafiə olunurduq. Sadəcə, hücumlara çıxa bilmirdik. Bu da topsuz oynadığımıza görə idi. Amma rəqibin cərimə meydançamıza girməsinə imkan vermirdik. Buna baxmayaraq, qapımızda şanssız qol gördük. Oyunun gedişatı daha da çətinləşdi. Risk aldıq, rəqibin üzərinə getdik ki, nəyəsə nail olaq. "Sevilya" top itkiləri də etdi, amma biz istifadə edə bilmədik. Bu komanda qrupun favoriti idi.
- Buraxılan ilk qoldan sonra hər şeyin bitdiyini düşündünüz?
- Qol buraxmayanda komanda daha inamlı oynayır. Hesabda geri düşəndən sonra isə psixoloji olaraq eniş yaşayırsan. Top itkilərimiz olurdu. Amma uduzmamağa çalışırdıq.
- Abdullah Zubir və Xayme Romeronun özünü göstərə bilməməsi nə ilə əlaqədar idi?
- Komanda yoldaşlarım haqda danışmağı düzgün saymıram. Baş məşqçi fikir bildirsə, daha doğru olar. Bütün legionerlər əlindən gələni etdi. Sadəcə alınmayanda alınmır.
- Zubirin epizodunda penalti var idi?
- Hakimlər belə epizodlarda daha çox güclü komandalara böyük hörmət bəsləyirlər. Açıq-aşkar görünürdü ki, hakimin simpatiyası rəqibədir. Beynəlxalq oyunların çoxunda bunu görmüşük. Bu, normal haldır.
- Baş hakimə yaxınlaşıb nə dedin?
- Bir epizodda ispan oyunçu onu təhqir etdi. Hakim də normal qəbul elədi. Hakimə dedim ki, o sözü biz sənə desəydik, "qırmızı" verərdin, protokola da elə yazardın ki, UEFA bizə 10 oyunluq cəza verərdi. Başladı nağıl danışmağa. Amma özüm eşitdim. Ordan da görünür ki, hakimin rəqibə simpatiyası var idi.
- Tomas Dollun çalışdırdığı APOEL-ə niyə bata bilmədiniz?
- Həmin oyunları müsbət cəhətdən də analiz etmək olar. Hər iki oyunda da möhtəşəm oynamışıq. Bütün üstünlük bizdə idi, sanki hər şey tilsimlənmişdi. Tilsimi qıra bilmədik. Düzdür, nəticə onlarındır. Amma biz hər şeyi etmişdik.
- Nə vaxtsa qış fasiləsindən sonra da avrokuboklarda oynaya biləcəksiniz?
- Məşqçi, futbolçu heyəti və prezident olaraq hər zaman ən yaxşısını etməyə çalışmışıq. Niyətimiz Azərbaycana yeni nailiyyətlər gətirməkdir. Yolumza davam edirik. İnanıram ki, növbəti illərdə də Azərbaycana Avroliqa həyəcanı gətirəcəyik.
- Səncə, "Qarabağ" qrupdan çıxmağa layiq idi?
- Statistikaya görə, biz APOEL-dən üstün idik. Amma APOEL çıxıbsa, onların uğuruna kölgə salmaq istəmirəm. Düşünürəm ki, bu, klubumuzun da adına yaraşmaz.
- "Düdelanj"la oyuna köklənmək nə dərəcədə çətin olacaq?
- Sözsüz ki, çətin olacaq. Amma inanıram ki, azarkeşlərimiz bizə dəstək verəcək. Ən azından reytinq xalı qazana bilərik. Klubumuz və azarkeşlərin adına yaraşan şəkildə oyun keçirəcəyik. Formal xarakter daşısa da, azarkeşləri stadiona dəvət edirəm. Bizim yanımızda olsunlar.
- Rəşad Sadıqovsuz çətin idi?
- Rəşad kapitanımızdır. O, bir çox oyunçuların yanlış davranışlarına düzəliş verir. Oyunun tempini nizama salır. Rəşad bundan sonrakı oyunlarda daha çox lazım olacaq. İnşallah, bundan sonra Rəşadı tezliklə yenidən əsas heyətdə meydanda görərik.
Mundialda Afrika rekordu
“Şah”ı mat edən Aydın
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil