AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az saytına müsahibə verib. O, millimizin Avro-2020-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib.
- Millimiz Avro-2020-nin seçmə mərhəlsinin son oyunda Slovakiyaya 0:2 hesabı ilə məğlub olaraq seçmə mərhələni cəmi 1 xalla başa vurdu. Komandamızın bu mərhələdəki çıxışını necə dəyərləndirirsiniz?
- Dəyərləndirmək deyəndə ki, çox zəif oynadılar. Həm nəticə, həm də oyunun səviyyəsi aşağı oldu. Amma məncə biz bəzi futbolçuları - Bəhlul Mustafazadəni, Emil Balayevi qazandıq. Məşqçi onlara şans verdi, onlar da bundan yaxşı istifadə etdi. Millinin çıxışı haqda danışmaq üçün analiz lazımdır. Analizsiz heç nə demək olmaz. Nəticə olaraq, təbii ki, cəmi 1 xal qazandıq. Yəni, zəif çıxış etdik. Amma hazırda niyə zəif çıxış etdiyimizi, harda səhvlər etdiyimizi araşdırmalıyıq. Bu günlə iş bitmir. Gələcəyimizə nə ilə başlamalıyıq, hansı yolla getməliyik, bunu da analiz etməliyik.
- Belə uğursuz nəticə son dəfə sizin baş məşqçi olduğunuz dövrdə - Avro-96-nın seçmə mərhələsində qeydə alınmışdı.
- Məgər o vaxtla indiki birdir? Üstündən 24 il keçib. Siz o vaxt heç anadan olmamışdınız.
- Mənim o vaxt anadan olub-olmamağım həqiqəti dəyişmir. Sizdən öyrənmək istəyirəm ki, o vaxtkı milli ilə indikini necə müqayisə edərsiniz?
- Nə müqayisə?! Müqayisəlik bir şey yoxdur. Arada yerlə-göy qədər fərq var. O vaxt infrastruktur, geyim, təlim-məşq prosesi yox idi. Amma həmin vaxt təkcə ürək var idi, bir də ki Azərbaycan. Qurtardı, getdi. İndi isə hər şey düzəlib. Yığma komandaların şəraiti, hər şeyi var, qalır oynamaq. Biz klubların söhbətin etməliyik. Niyə klublardan uşaqlar yığmaya aşağı səviyyədə gəlirlər? Bundan danışmalıyıq.
- Milli komandamız yığdığı xal sayına görə UEFA üzvü olan 55 ölkə arasında 53-cü yeri tutdu.
- Ay balam, komanda zəif olanda aşağı yer tutacaq da. Qəribə suallar verirsiniz. Sualı da verəndə baxın, maraqlı sual olsun. Bayaq mən dedim ki, yığmaya oyunçular klublardan zəif gəlir. Bax bunu yazmaq lazımdır, bunun səbəbini axtarmaq lazımdır. Klubların iş birliyi olmalıdır. Zəif olanda əlbəttə ki, 50-ci yer olacağıq da. Bunun söhbəti yoxdur ki.
- Son nəticələrdən sonra azarkeşlərin həm AFFA, həm də baş məşqçidən narazılığı daha da artıb. Bir mütəxəssis olaraq bu barədə fikirləriniz necədir?
- Narazılıq var?
- Bəli, kütləvi şəkildə.
- Çox qəribə sualdır e (gülür) Baş məşqçidən narazılıq olması normaldır. Nəticə 1 xal olanda əlbəttə ki, hamımız narazı olacağıq. Onun da taleyini AFFA İcraiyyə Komitəsi həll edir. İcraiyyə Komitəsi nə qərar versə, o da olacaq. Yenə də bir mütəxəssis olaraq deyirəm, məşqçinin işini analiz etmək lazımdır. Məşqçi hesabat verməlidir. Hər bir oyunun hesabatı olmalıdır. Yığmaya dəvət olunan oyunçular arasından hansı oynamağa layiqdir ya yox, bunların hamısı analiz şəklində deyilməlidir. Bundan sonra qərar çıxarmaq olar. Bir də ki, bundan sonra hansı yolla getməliyik, bu, müəyyən olunmalıdır. Bu turnir bitdi, amma bunun sabahı da var, axı. Qarşıdan Millətlər Kubokunun oyunları gəlir, onda biz nə edəcəyik? Ona görə indidən biz bu işləri görməliyik. Klublarda iş birliyi olmalıdır. Necə edək ki, klublardakı oyunçular milliyə hazır vəziyyətdə gəlsinlər. Təlim-məşq toplantıları olmalıdır, bölgü olmalıdır, bunların hamısı şərtlərdir. Ondan sonra nəsə əldə etmək olar.
- Məşqçilər Komitəsinin üzvü olaraq, necə düşünürsünüz, sizcə baş məşqçi dəyişikliyinə ehtiyac varmı?
- Baş məşqçini Məşqçilər Komitəsi təyin etmir. Baş məşqçinin İcraiyyə Komitəsi təyin edir. İcraiyyə Komitəsi də analizdən sonra öz sözünü deyə bilər.
Məftun RƏSULZADƏ
Azərbaycanlı futbolçu faciəvi şəkildə həlak oldu
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər
"Karvan" yeni transferini reallaşdırdı
"Araz-Naxçıvan" "Trabzonspor"a qalib gəldi
"Qarabağ" yeni transferini rəsmən açıqladı - Şəkillər
"Mançester Yunayted" onun üçün 70 milyon təklif etdi
"Napoli" yeni transferini açıqladı
Peres və Alonso arasında fikir ayrılığı yarandı
"Liverpul"la razılaşdı
Yamal: "Xəyalımı gerçəkləşdirirəm"
"Arsenal" qadın futbolunun ən bahalı transferini açıqladı
"Real"dan Alaba qərarı
Coşua Kinq bu kluba keçdi
Cerrard 45 yaşında baba oldu
Konfrans Liqasında 23 oyun
"Neftçi" səfər formalarını da təqdim etdi - Şəkillər
"Qarabağ" məşhur klubdan futbolçu transfer etdi
Qurban Qurbanov Belfastda - Oyunu stadiondan izlədi
Ronaldo uğurları sıraladı
Avropa Liqasında 1-ci mərhələyə yekun vurulur
"Qarabağ"ın "Şelburn"la oyunlarının vaxtı açıqlandı
Avrokuboklardan 10 illik kənarlaşdırıldılar
"Sabah"dan ayrılan Çakla bu kluba keçdi
"Barselona" Yamalla yeni müqavilə imzaladı - Rəsmi
Mbappe barədə araşdırma başladıldı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vuruldu
"Qarabağ"ın ÇL-dəki rəqibi dəqiqləşdi
"Karvan" ingiltərəli futbolçu aldı
"Neftçi" yeni ev formalarını təqdim etdi - Şəkillər
"Mingəçevir" yeni transferini açıqladı
"Rəqibi ciddi şəkildə təhlil etmişik" - Valdas Dambrauskas
VAR qaydalarında dəyişiklik ola bilər
"Sumqayıt"dan yeni transfer - Rəsmi
"Zirə" Türkiyə klubuna qalib gəldi
İspaniya nəhəngi onun transferini açıqladı
"İnter Mayami" "Atletiko" ilə razılaşdı
Sabiq baş məşqçi "Karvan"ın vitse-prezidenti oldu
“Qəbələ” üçün əlimdən gələni edəcəyəm"