"Bizim üçün xüsusi gündür və bunu yaxşı nəticə ilə qeyd etmək xoşdur. Heç kim bu zəfəri kiçik hesab etməməlidir. Futbolda önəmli olan nəticədir. Yaxşı oynasanız da, oynamasanız da yaddaşda qalan nəticə olur. Qələbə komandanın xarakterini göstərir. APOEL çətinliyi sevən və bu durumdan çıxmağı bacaran komanda olduğunu sübut etdi. "Düdelanj"a məğlubiyyətdən sonra uğurlu nəticə ilə qrupdakı taleyimizi yaxşılaşdırdıq. Hələ heç nə bitməyib. Üç komandanın da növbəti mərhələ şansı davam edir. Bu üç klub arasında elə böyük fərq yoxdur. Sona qədər mübarizə davam edəcək".
Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos Avroliqanın qrup mərhələsinin 4-cü turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
O, 5-ci turda "Düdelanj"la səfərdə keçirəcəkləri görüşün finala bərabər olduğunu söyləyib: "Çünki rəqib evdə oynayacaq və üç xal qazanmağa həvəsli olacaq. Onlar da növbəti mərhələni hədəfləyir".
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı