Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.az saytına müsahibə verib. O, “Turan-Tovuz” və MOİK-in Azərbaycan kubokundan imtina etməsinə və digər məsələlərə toxunub.
- Bu dəfəki Azərbaycan kubokunda birinci divizion təmsilçilərindən “Turan-Tovuz” və MOİK iştirakdan imtina edib. Sizcə, bunun səbəbi nədir?
- Mənə elə gəlir ki, bu, bir tərəfdən maddi durumla bağlıdır. Eyni zamanda, komandanın baş məşqçisi oyunçularının daha güclü klublarla qarşılaşıb, böyük hesabla uduzmağını istəmir. Oyunçularının ruhdan düşməsini istəmədiyinə görə belə qərar veriblər. Ancaq bəlli məsələdir, bilirlər ki, mübarizə aparmaq mənasızdır. Bunlar mənim şəxsi fikirlərimdir. Bizə göndərdikləri məktubda açıqlama verməyiblər, sadəcə, imtina etdikləri yazılıb.
- Bu iki klub ötən il də, bu il də kubokda iştirak etməyiblər. Maddi məsələ imtina qərarında nə dərəcədə çox rol oynayıb?
- Sizin avtobus pulunuz olmasa, işə gedə bilərsiniz?
- Yox, təbii ki.
- Bax bu dərəcədə rol oynayır.
- Klubların kubokdan imtinası yarışa marağı azaltmır?
- Əgər 1-ci divizion komandası avrokuboklarda oynayan, Premyer Liqada çıxış edən klublarla qarşılaşacaq və bu qarşılaşmada uğur qazana bilməyəcəksə, onun ora gəlməyinin nə mənası var? İkinci isə budur ki, komanda istənilən bir komandayla oyunda böyük hesabla uduzarsa, klubdakı əhval-ruhiyə uzun müddət aşağı düşür. Bütün bunları nəzərə alaraq, həmin komandanın istər rəhbərlik, istərsə də məşqçisini tənqid etmək olmaz. Onları başa düşmək lazımdır.
- Kubokda 12 komandanın iştirak etməsi sizi qane edirmi?
- Vallah, klub sayı az olsun, amma keyfiyyətli olsun. Süni artırmaqla heç nə əldə edə bilmərik. Əgər mübarizə daha da gərgin olsa, daha maraqlı olar. Olanımız budur, neyləmək olar?
- “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev açıqlamasında bildirib ki, stadionlarında təmir gedir deyə, kubokda oynaya bilməyəcəklər.
- Nadir nə etsin? O da vəziyyətdən bir təhər çıxmalıdır da.
- Birinci divizion təmsilçiləri özləri də həvəssiz yanaşırlar. Bu onu göstərirmi ki, yarışın səviyyəsi aşağı düşüb?
- 2 komandanın iştirak etməməsi ilə yarışın səviyyəsi aşağı düşür? Onda siz sualı Nadir Nəbiyevə verərsiniz ki, bu il stadionunuzda təmir gedir, bəs ötən il? Düşünürəm ki, mən dediyim səbəblər daha doğrudur.
- Bu mövsüm ölkə kubokunun sahibinə pul mükafatı nəzərdə tutulubmu?
- Xeyr. UEFA verir də mükafat, biz niyə verək?
- Əvvəllər qalibə mükafat ayrılırdı. Bu, yenidən bərpa ola bilərmi?
- İnşallah, əgər bizim özümüzə və kuboka sponsor tapılsa, o zaman həll olar.
- Sizdə sponsorluqla bağlı məsələ nə yerdə qalb? Premyer Liqa üçün xarici bukmeyker şirketləri ilə danışıqlar getdiyini demişdiniz.
- Danışıqlar artıq dayandırılıb. Hələlik maaliyyə məsələləri ilə bağlı problemimiz yoxdur. Əgər kubokdan danışırıqsa, Azərbaycan kubokunun sahibinə veriləcək pul mükafatımız yoxdur.
- Final oyununun harda keçiriləcəyi dəqiqləşib?
- Biz final matçının bölgələrdə keçirilməsinin tərəfdarıyıq. Gəncədə olsa, daha yaxşı olardı. Ancaq orada bunun üçün şərait yoxdur. Stadion rəhbərliyi ilə danışmışıq. Onlar da finalın "Əlincə Arena"da keçirilməsini istəyir. İşıqlandırma sistemindəki çatışmazlığı aradan qaldırmağa çalışırlar. Hər halda final üçün "Əlincə Arena" nəzərdə tutulub.
Məftun RƏSULZADƏ
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib
Azərbaycan - Ukrayna: Heyətlər
"Liverpul" yeni formalarını təqdim etdi - Şəkillər
Postekoqlunun yeni klubu açıqlandı - Rəsmi
Bolqarıstan millisinin baş məşqçisi istefa verdi
Millimizin sabiq futbolçusu 1-ci liqa klubunda
İtaliya millisindən tarixi göstərici
U-19 millimiz 6 qolla uduzdu
Kubokda püşkatmanın vaxtı açıqlandı
"Şamaxı"dan ayrılan futbolçu "Səbail"də
Şevçenko Bakıdakı futbol meydanşasının açılışında - Şəkillər
"Fənərbaxça"dan "Spartak"a - Rəsmi
1 il 3 aydır qələbə üzünə həsrətik...
"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi
PSJ-nin 2 oyunçusu millidə zədə aldı - Narazılıq yarandı
Nunu istefaya göndərildi
Qattuzo: "Bu, karyeramın ən çılğın oyunu idi"
"Tofiq Bəhramov"dakı bugünkü oyunun formaları - Şəkillər
"Neftçi"nin sabiq baş məşqçisinin yeni iş yeri
"Onunla ömürlük müqavilə imzalamalıyıq"
Daha bir boksçumuz dünya çempionatının 1/4 finalında
İtaliyanın İsrail üzərindəki çətin qələbəsi - Video
DÇ-2026: İsrail - İtaliya matçında 9 qol - Nəticələr
"Fənərbaxça"da daha bir ayrılıq
"Səbail" qanalı Mustafanı transfer etdi
Fransa millisinin sabiq üzvü Türkiyə klubunda - Rəsmi
Xabi Alonso ən yaxşı məşqçi seçildi
Onana "Trabzonspor"a keçdi
2-ci liqada oyunların saatı açıqlandı
"Hədəfimiz Bakıda qələbə qazanmaqdır" - Aleksandr Zinçenko
Naxçıvan stadionu ilə bağlı müsbət xəbər
Alfonso Dominqes 1/4 finala yüksəldi