Avropa Liqasının ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Qol.Az-ın məlumatına görə, ikinci dərəcəli qitə miqyaslı turnirin ilk iki təsnifat mərhələsindən sonra cəmi 8 futbolçu 4 və daha çox qol vurmağı bacarıb. Onların arasında azərbaycanlı futbolçu Əfran İsmayılov da var. Millimizin də şərəfini qoruyan “Qarabağ”ın bombardiri Əfran İsmayılov 4 qolla liderdən cəmi bir addım geri qalır. Məsələ burasındadır ki, Avroliqanın ilk iki turunda ən çox qol vuran (5) futbolçu Makedoniyanın “Rabotniçki” klubunun şərəfini qoruyan Fabio Silvadır. Əfran isə daha altı oyunçuyla birgə vurduğu 4 qolla 2-8-ci yerləri bölüşür. Elə meydanda daha çox olduğuna görədir ki, bu futbolçu sıralamada sonuncu yerdə qərarlaşıb.
Yeri gəlmişkən qeyd edək ki, Əfran bu uğura dünən keçirilən “Qarabağ” – “Portadaun” oyununda nail oldu. Şimali İrlandiya təmsilçisinin qapısına yol tapan Əfran İsmayılov cari mövsümdə avrokuboklarda 4-cü qolunu vurmaqla, həm də rekorda imza atdı. Çünki indiyədək heç bir azərbaycanlı futbolçu bir avrokubok mövsümündə rəqib qapılarından bu qədər qol keçirməmişdi. Düzdü klublarımızın heyətində çıxış edən futbolçulardan ikisi qitə miqyaslı turnirlərdə bir mövsümə 4 qol vurmuşdu. 2000/01 mövsümündə “Şəmkir”in gürcüstanlı hücumçusu Badri Kvaratsxeliya, ötən mövsümn isə “Bakı”nın braziliyalı legioneri Felipe Almeyda Feliks buna uğura imza atmağı bacarmışdı. Lakin onların hər ikisi əcnəbi olduğundan, Əfran belə uğura imza atan ilk azərbaycanlı futbolçu kimi futbolumuzun tarixinə düşdü.
Yeri gəlmişkən, Feliks və Kvaratsxeliya ilə birgə 4 qol vuran Əfran avrokuboklardakı bombardirlərimizin yarışında yalnız komanda yoldaşı Rəşad Sadıqovdan geri qalır. 28 yaşlı müdafiəçi müxtəlif mövsümlərdə rəqib qapılarından keçirdiyi 5 qolla ən sərrast oyunçuların siyahısına başçılıq edir. Sonda onu da vurğulayaq ki, bu iki oyunçu avrokubokların cari mövsümündə çıxışını davam etdirən “Qarabağ”ın heyətində göstəricilərini bir qədər də yaxşılaşdırmaq imkanına malikdirlər.
Sıra futbolçu klubu qol dəqiqə
1 Fabio Silva “Rabotniçki” (Makedoniya) 5 195
2 İlari Äiyyala “MüPA-47” (Finlandiya) 4 270
3 Vladimir Yurçenko “Dnepr” (
4 Jaba Dvali “Zestafoni” (Gürcüstan) 4 286
5 İqor Krivobok “Torpedo” (
6 Vandeir “Rabotniçki” (Makedoniya) 4 326
7 Henri Finnboqason “Reykyavik” (İslandiya) 4 337
8 Əfran İsmayılov “Qarabağ” (Azərbaycan) 4 342
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı