Avropa Liqasında «Qarabağ»ın əvvəlcə Makedoniyanın «Metallurq», ardınca Şimali İrlandiyanın «Portadaun» klubu üzərindəki uğurlarında gənc futbolçu Əfran İsmayılovun böyük rolu oldu. Dörd oyunda dörd vuran Əfran «Qarabağ»ın avrokuboklardakı ən sərrast oyunçuları siyahısında yer aldı.
Əfran İsmayılov Qol.Az-a müsahibəsində daha çox qol vurmaq istədiyini deyir.
- Avroliqanın son dörd oyununda dörd qol vurmusan. Belə məhsuldar oynayacağını gözləyirdin?
- Düzünü desəm, gözləmirdim. Çünki bir müddət əvvəl ayağımdan zədə almışdım. Sağ olsun Qurban müəllimi ki, mənə etimad göstərdi və oyunlara buraxdı.
- Hazırda zədən nə yerdədir?
- Demək olar ki, oyunlara 80 faiz hazıram. İnşallah, Polşada «Visla» ilə qarşılaşmadan sonra tam formaya düşəcəyəm. İndi isə özümdə müəyyən yorğunluq hiss edirəm. Razılaşın ki, zədədən sonra tam qüvvə ilə oynamaq çox çətindir.
- «Portadaun»un səddi keçsəniz də, ilk oyundakı qələbəyə görə dünən komandanızda arxayınçılıq vardı…
- Doğrudur. Amma deyim ki, bu, həm də bəzi jurnalistlərin ucbatından baş verdi. Oyundan əvvəl yazırdılar ki, «Portadaun» qeyri-peşəkardır. Bu da istər-istəməz bizə təsir göstərirdi. Açığı, belə yazılar qəlbimizə də dəyərdi.
- Gəl, bütün məsuliyyəti jurnalistlərin üzərinə atmayaq.
- Əlbəttə, razılaşıram ki, bizdə soyuqqanlılıq da çatmırdı. Stadiona toplaşan o qədər azarkeşi sevindirmək lazım idi. Bəli, arxayınçılıq yaranmışdı. Həm də qol epizodlarından istifadə edə bilmədik. Mənim, Rəşad Sadiqovun, Adamiyanın xeyli belə imkanı oldu.
- Fasilədən sonra «Qarabağ» fərqli oyun nümayiş etdirdi. Qurban Qurbanov sizə nə demişdi ki, oyununuzda dəyişiklik baş vermişdi?
- Qurban müəllim oyunun nəbzini tutan bir məşqçidir. Bizə dedi ki, hücum edin, siz qol vuracaqsınız. Şəxsən mənə söylədi ki, Əfran özünə ələ al, soyuqqanlı ol, sən qol vuracaqsan. O, bizi bütün matçlara psixoloji tərəfdən yüksək səviyyədə hazırlaya bilir. Əvvəlki qarşılaşmalarda da belə olmuşdu. Birinci hissədə oyunu tam görür və fasilədə lazımi, çox doğru göstərişlər verərək oyunun axarını dəyişir. Qurban müəllimin dünən dediklərini həyata keçirdim və qol vurdum.
- Amma razılaş ki, dünən bir yox, bir neçə qol vura bilərdin. Çox əlverişli imkanları əldən buraxdın. Buna nə mane oldu?
- Özümdə yorğunluq hiss edirəm. Həm də dediyim kimi, bir az ağrılarım var. Həlledici məqamda elə bil gücüm çatmırdı. Futbolçu belə hallarla rastlaşa bilər.
- Bu gün çoxları o fikirdədir ki, sən hazırda Azərbaycanın ən yaxşı formada olan futbolçususan. Bu fikrə münasibətin necədir?
- Sağ olsunlar ki, mənim barəmdə yüksək fikirdədilər. Amma mən bundan artığını da eləmək istəyib azarkeşlərin etimadını doğrultmaq istəyirəmm. Qurban müəllim deyir ki, əgər bir qol vurdunsa, çalış yenə vur. Öz üzərimdə işləməklə daha yaxşı formaya düşmək istəyirəm.
- Qoldan sonra Rəşad Sadiqovla birgə sevincini fərqli şəkildə qeyt etdin. Bunu əvvəlcədən nəzərdə tutmuşdunuz?
- Mən «Portadaun»la səfərdəki oyundan öncə Rəşadın övladının dünyaya geldiyini bilsəm də, qol vurarkən necə jest edəcəyimi bilmirdim. Ona görə də təkrar oyun ərəfəsində Rəşada söz vermişdim ki, qol vurucağam və bu jesti birgə edərik.
- Fikrincə, avrokuboklarda builki mövsümü neçə qolla başa vura bilərsən?
- Çalışıram ki, hər oyunda fərqlənim. Amma əsas komandamızın uğurudur. Fərqi yoxdur, qol kim vurur. Rauf Əliyev, lap elə qapıçımız Fərhad Vəliyev də qol vursa, bu, komandamızın uğurudur. Amma əlbəttə, istəyirəm ki, qarşıdan gələn çempionatda bombardirlər siyahısında yer alım.
- Növbəti rəqib Polşa «Visla»sıdır. Bu komandadan nə dərəcədə ehtiyat edirsiniz?
- Avropa kuboklarında zəif rəqib olmur. Bir komanda ki, artıq üçüncü mərhələyə gəlibsə, deməli, ondan çəkinməyə və hesablaşmağa məcbursan. Biz bu mövsüm avrokuboklarda tarix yazmaq istəyirik. Ona görə də vəzifimiz «Visla» səddini də keçməkdir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi