Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Buduçnost”a qarşı keçirdiyi ilk oyunda qələbə qazansa da, məlum səbəblərə görə, UEFA-nın texniki məğlubiyyəti ilə üzləşən “Bakı” klubu məsələ ilə bağlı rəsmi saytı vasitəsilə açıqlama yayıb. Qol.Az-ın məlumatına görə, baş verən olaylara aydınlıq gətirən klub rəsmiləri bütün futbolsevərlərdən belə arzuolunmaz qərara görə üzr istəyib. “Bakı” klubunun həmin rəsmi açıqlaması ilə sizi də tanış edirik:
“22 iyul 2010-vu il tarixdə UEFA-nın İntizam Komitəsindən klubumuzun ünvanına göndərilən məktubda "Bakı"-"Buduçnost" (2:1) oyununun nəticəsinin ləğv olunduğu, komandamıza 0:3 hesablı texniki məğlubiyyət verildiyi bildirilir.
Buna səbəb komandamızın yeni üzvü Joel Dioden Epallenin 15 iyul 2010-cu il tarixdə keçirilən oyunda meydana çıxması olub.
2006/2007-ci illər mövsümündə Yunanıstanın "İraklis" klubunun şərəfini qoruyan Epalle "Visla" Krakov (Polşa) klubuna qarşı oyunda qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb və ona 2 oyunluq cəza verilib. "İraklis"lə "Visla"nın cavab oyununu buraxan Epallenin daha bir oyunluq cəzası qalıb.
Həmin mövsüm "Bohum"a (Almaniya) transfer olunan kamerunlu futbolçu həmin gündən etibarən UEFA bayrağı altında keçirilən oyunlarda iştirak etmədiyi üçün daha bir oyunluq cəzası qüvvədə qalıb.
UEFA yeni mövsüm əvvəli Avropa kuboklarının püşkündən sonra cəzası olan və oynamağı yasaqlanan bütün futbolçuların siyahısını iştirakçı klublara göndərir. Həmin siyahıda Joel Dioden Epalle "Bohum" klubunun üzvü kimi göstərlilir.
Təəssüf ki, həm futbolçunun özü, həm də onun "Bakı"ya transferini ilə məşğul olan menecerlər bu faktı diqqətsiz buraxıblar. Nəticədə, Epalle daha bir oyun cəzalı olduğu halda "Bakı"-"Buduçnost" oyununda iştirak edib. Nəticədə UEFA İntizam Komitəsi "Bakı"-"Buduçnost" qarşılaşmasının nəticəsinin ləğv olunması və komandamıza 0:3 hesablı məğlubiyyət verilməsi barədə qərar qəbul edib.
Bu gün komandamız Çernoqoriyanın paytaxtı Podqoritsada cavab oyununa çıxır. Komandamız bu oyuna 0:3 hesabı ilə başlamaq məcburiyyətindədir.
"Bakı" futbol klubu rəsmi açıqlaması ilə bütün Azərbaycan icitimaiyyəti və futbolsevərlərdən üzr istəyir, mübarizəni sona qədər davam etdirəcəyi və Avropa Liqası yarışlarında var gücünü ortaya qoyacağını bəyan edir”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı