“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Qol.az saytına müsahibə verib. O, komandanın hazırkı durumu və digər mövzulara toxunub.
- Beş oyundan sonra turnir cədvəlində 2-ci pillədəsiniz. Mövsümün əvvəlindən belə bir başlanğıc gözləyirdinizmi?
- Hələ mövsümün əvvəlidir. 5 tur keçib. Bu, o demək deyil ki, biz 2-ci pillədə uzun müddət qalacağıq. Turnir cədvəlində hazırda sıxlıq var. Komandalar hələ ki, istədikləri oyunu tapmasalar da, qəbul etmək lazımdır ki, bütün klubların transfer siyasəti bizdən daha yaxşı alınıb. Çünki bizdə bu mövzuda problemlər oldu. Çempionatda hazırda hər komanda yuxarı pillələrə qalxmağa qadirdir. Buna görə məsuliyyətimiz artır və çalışırıq ki, bütün oyunlara maksimum nəticə üçün çıxaq.
- “Qarabağ” 5 oyunda (söhbət dünən keçirilən 6-cı turun “Qarabağ” – “Sumqayıt” matçından (2:0) əvvəl olub – red.) maksimum nəticə əldə edib və vahid liderdir. Əsas rəqibi olan “Neftçi” ilə arasında 10 xal fərq var. Çempionatda intriqanın öldüyü, yenə Ağdam klubunun çempion olacağı fikirləri haqda nə düşünürsünüz?
- Əlbəttə, 10 xal böyük fərqdir. Ancaq nəzərə alaq ki, “Qarabağ”ı hələ “Neftçi” ilə qarşıda 3 oyun gözləyir və bu da 9 xal deməkdir. “Qarabağ”la heyətinin səviyyəsinə görə sona qədər rəqabət aparacaq bir komanda varsa, bu da “Neftçi”dir. Toparlana bilsə, hələ qarşıda çox oyunlar var. Daha dəqiq desək, 23 tur qalıb. Bu da kifayət qədər xal deməkdir. “Neftçi” özünə gələ bilsə, qışdan sonra “Qarabağ”la maraqlı çempionluq mübarizəsinə qoşula bilər. Yəni indidən intriqanın öldüyünü demək çətindir.
- Hazırda liderlə aranızda 5 xal (“Qarabağ”ı dünənki oyunundan sonra 8 – red.) fərq var . Üçüncü turda “Qarabağ”a 0:4 hesabı ilə məğlub oldunuz. Bu onu göstərirmi ki, turnir cədvəlində birinci yerlə ikinci yerdə olan komandalar arasında böyük bir səviyyə fərqi, uçurum var? “Səbail” üçün “Qarabağ”a çatmaq əlçatmazdır?
- Əlbəttə, fərq var. “Səbail”in builki heyəti ilə keçən ilki heyətini müqayisə etsək, böyük bir fərq olduğunu görərik. 12 futbolçu komandanı tərk edib. Amma əvəzinə çox az sayda oyunçu transfer etdik. Həm də strategiyamızı dəyişdik – daha çox yerli futbolçulara şans verib, onları üzə çıxarmağa başladıq. Bu baxımdan, bizim “Qarabağ”la çempionluq mübarizəsini sona qədər aparmağımız çətin olar. Real danışsaq, bizim buna gücümüz çatmaz. Çalışırıq ki, əlimizdən gələni edək. Hər həftə nəticələrimizi yaxşılaşdıra bilsək, hər şey mümkündür. Ancaq qeyd etdiyim kimi, bu gün bizim geniş heyətimiz yoxdur. Amma yenə də əlçatmaz demək istəməzdim. “Səbail” bu gün çempion da ola bilər. Bu, mümkündür. Ancaq əsas rəqabət “Neftçi” ilə “Qarabağ” arasında olacağı görünür.
- Komandada hazırda ümumi vəziyyət, əhval-ruhiyyə necədir? Çünki maaşların gecikdirilməsi ilə bağlı söhbətlər var idi. Bu, sizin özünüzə və futbolçulara nə dərəcədə təsir edir?
- Qarşıdakı oyunlara hazırlaşırıq. Hazırda ciddi bir problemimiz yoxdur. Sadəcə, mükafatlandırma sistemində bir qədər gecikdirmələr var. Ona da səbr etməliyik. Rəhbərlik də çalışır ki, gecikmələr çox olmasın.
- Mükafat verilmir?
- Xeyr. Hazırda ödənmir. Çünki büdcədə çətinlik var. Yəqin ki, UEFA-dan gələn vəsaitlə bunun öhdəsindən gəlməli olacağıq. Rəhbərlik tərəfindən söz verilib ki, UEFA-dan gələn pul hesabımıza köçdükdən sonra mükafatlar veriləcək.
- Sizin həmkarlarınız Qurban Qurbanov və Samir Abasov 21 yaş limiti məsələsindən narahatlıqlarını bildirib. Bu limit məsələsinin sizin özünüzə hər hansı bir çətinliyi olurmu?
- Ümumiyyətlə, 19, 20, 21 yaşında cavan futbolçuların Premyer Liqada start heyətdə meydana çıxması onlar üçün yaxşıdır. Ancaq klub məşqçilərin üçün bu, böyük bir problemdir. Daha sürətli, keyfiyyətli oyun izləmək istəyiriksə, limit buna çətinlik törədir. Amma bizim üçün hazırda ciddi bir problem deyil. Onsuz da bizdə daha çox gənc və yerli futbolçulara şərait yaradılır. Daha çox legionerləri çox olan “Qarabağ” və “Zirə” üçün ciddi problem yarada bilər.
- Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Bu tur komandanı İqor Ponomaryov meydana çıxaracaq. Rəqib məşqçidən nə gözləyirsiniz?
- Bizi çox çətin bir səfər oyunu gözləyir. Hələ ki, qalibiyyət üzü görməyən bir komandayla qarşılaşacağıq. Qarşımızda yeni bir məşqçi, yeni bir “Sabah” görəcəyik. Ponomaryov təcrübəli məşqçilərimizdən sayılır. Bilirik ki, oyuna ciddi hazırlaşacaqlar. Biz də tam məsuliyyətlə qarşıdakı oyunlara hazırlaşırıq və istəyirik ki, ən azından meydandan məğlub ayrılmayaq.
- Komandada hər hansı itki varmı? Aleksandr Rıbkanın durumu necədir?
- Rıbka dünəndən (srağagündən – red.) komandayla məşqlərə başlayıb. Həm fərdi, həm də bəzən komanda ilə məşqdə iştirak edir. Çox güman ki, bir ay belə davam edəcək. Həkimlərin rəyindən sonra durumuna baxıb, qərar verəcəyik. Fəhmin Muradbəylidə mikrozədə var. Onun da oynayıb- oynamayacağı bəlli deyil. “Sabah”la oyun gününə kimi dəqiq qərar veriləcək.
Məftun RƏSULZADƏ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
Avropa Liqasında 1/4 final başlayır
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
ÇL-də nəhənglərin duelləri
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov