AFFA Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun Qol.az-a müsahibəsi
- Artıq Premyer Liqamızda 5 tur geridə qaldı. Bu oyunlara əsasən nə söyləmək olar?
- Yeni mövsüm başlamazdan öncə də deyirdik ki, intriqa dolu bir çempionat olacaq. Komandalar Premyer Liqaya yaxşı hazırlaşıblar. “Qarabağ” öz heyətinə,fəaliyyətinə görə çempionatın favoriti olacağını qabaqcadan planlaşdırmaq mümkün idi. Hazırda da bunun şahidi oluruq. Çempionatdan öncə “Qarabağ”a rəqib olacağı düşünülən “Neftçi”nin uğursuzluğa düçar olması hər birimizi məyus etdi. İnanıram ki, “Neftçi” çıxış yolunu tapmaqla oyununu bərpa etməyi bacaracaq. Komanda çempionluq hədəfini davam etdirəcək. Sona qədər “Qarabağ”la mübarizə aparacaq. Oyundan əvvəl “Qarabağ”ın matçlarını çıxmaq şərti ilə, digər komandaların hansı nəticəni qazanacağını demək çətindir. Komandalar çempionata ciddi hazırlaşıblar. Buna görə də istənilən nəticəni gözləmək olar.
- Bu 5 tur ərzində hansı diqqətçəkən məqamlar oldu?
- “Qarabağ” ilk turdan inamlı oyunu ilə seçilir və yolunu davam etdirir. Komanda üstün olduğunu hər bir oyunda sübut edir. “Qarabağ” yalnız nəticə ilə yox, yeni-yeni simaları, gənc oyunçuları heyətə cəlb etməklə də böyük işlər görür. Bu da Azərbaycan futboluna töhfə verir.
- "Qarabağ"ın gənclərə şans verdiyini dediniz. Ümumilikdə bu mövsüm Premyer Liqamızda çıxışı ilə diqqətinizi cəlb edən gənc oyunçular arasında kimləri qeyd edə bilərsiniz?
- İstər-istəməz “Qarabağ”da cəmlənən gənc oyunçulardan hər birinə Qurban Qurbanov tərəfindən şans verilir. Onlar da meydana çıxıb öz oyunu ilə etimadı doğruldurlar. Eyni sözü ayrı-ayrı klublarda çıxış edən gənc oyunçular haqqında da demək olar. "Zirə"dən Rafael Məhərrəmlini qeyd etmək olar. “Neftçi”nin heyətində Anton Krivotsyuk, Ömər Buludovun adını çəkə bilərəm. “Sumqayıt”dan Səbuhi Abdullazadə və Elvin Cəfərquliyevin adlarını qeyd etmək olar. Kiminsə adını unuda bilərəm. Ancaq deyə bilərəm ki, gənclərə şans verilən komandalarda özlərini doğrultmaq istəyirlər. Bu, ancaq və ancaq Azərbaycan futbolunun xeyrinə aparan bir addımdır.
- Bu məsələdə bir qədər əks fikirlər var. Düşünürlər ki, 21 yaş limiti komandaların işinə mane olur. Qurban Qurbanov və Samir Abasov da bir müddət əvvəl gənc futbolçu limitinə görə heyət seçimində çətinlik çəkdiyini demişdi.
- Gördüyümüz odur ki, limitə uyğun olan oyunçular şans qazanır və daha sonra əsas oyunçulara çevrilirlər. Sonradan onlar öz yollarını davam etdirirlər. Bu, çox vacib amildir. Belə oyunçuları qeyd edə bilərəm. Məsələn, “Səbail”də Fəhmin Muradbəyli əvvəlcə limitə uyğun heyətdə oynayırdı, indi isə əsas oyunçu kimi karyerasını davam etdirir. “Qarabağ”da Mahir Emreli vaxtilə limitə uyğun oyunçu idisə, indi əsas üzv kimi çıxış edir. Ötən mövsüm “Neftçi”də limitə əsasən oynayan Anton Krivotsyuk və Ömər Buludov indi komandanın aparıcı oyunçularıdır. Bəhlul Mustafazdə, Qısmət Alıyev də belə futbolçulardandır. Özünü doğruldan oyunçular sonralar əsas heyətdə qalmaq üçün şans qazanırlar.
- Düşünürsünüz ki, bu limit qalmalıdır?
- Limit çox həssas bir məsələdir. Hər hansısa bir dəyişiklik etmək üçün gərək yüz ölçüb, bir biçəsən. Bu, elə-belə deyil. Hamımız futbolu sevən və futbolda çalışan insanlar olaraq hər bir müzakirəyə hazırıq.
- Legioner limiti ilə bağlı da müxtəlif müzakirələr gedir. Bu limitin yerli oyunçularda arxayınlaşma yaratdığını düşünənlər var.
- Mən bununla razılaşmazdım. Yenə də deyirəm, hər bir müzakirəyə hazır olmalıyıq. Hansısa bir dəyişiklik aparmaq üçün onu əsaslandırıb yerinə yetirmək lazımdır. Onu deyə bilərəm ki, bu gün nümunə göstərilən “Qarabağ” “Neftçi” kimi komandalar Avropa Liqasında çıxış edəndə sifariş ərizələrində 10-11 əcnəbi futbolçunun yer almasına baxmayaraq, onlar hər oyunda yalnız 6 legionerdən istifadə edirdilər. Son oyunda “Sevilya”ya qarşı “Qarabağ”ın heyətində yalnız 5 nəfər legioner yer almışdı. Nəzərə alsaq ki, həmin oyunda Mahir Emreli zədəli idi və əgər onun da adı əsas heyətdə olsaydı, legioner sayı 4-ə enmiş olacaqdı. Baxmayaraq ki, komandanın kifayət qədər xarici oyunçuları var, bununla belə, heyətdə yerli oyunçulara da üstünlük verilir. Bu gün yerli futbolçularımız Abbas Hüseynov, Maksim Medvedev özlərini yaxşı tərəfdən göstərib, əsas heyətdə yer alırlar. Limiti sərbəst buraxıb bu futbolçuların ehtiyatda oturması, özlərini doğrultmaması düzgün olmazdı. Hesab edirəm ki, bu gün “Qarabağ”ı nümunə kimi götürsək, gənc oyunçular Mahir Emreli, Abbas Hüseynov, İsmayıl İbrahimli öz oyunları ilə əsas heyətdə çıxış edirlər. Təcrübəli oyunçulardan Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynovun da adını çəkə bilərəm. Futbolçu öz oyunu ilə sübut etməlidir ki, əsas heyətdə yer alır. İndi çempionatımızda limit 6+5-dir. Biz istənilən əsaslı müzakirələrə açığıq. Əgər hər hansı bir dəyişikliklə futbolumuzun inkişafına təkan verə biləriksə, bu halda hansısa dəyişiklik etmək olar. 2008-2010-cu illərdə sərbəst limit olub. 2011-2013-cü illərdə 7+4, 2010-2012-cü illərdə 8+3 limitinin şahidi olmuşuq. Son illərdə isə 6+5 limiti tətbiq edilir. Onu da deyə bilərəm ki, 6+5 olan zaman klublarımız Avropada uğurlara imza atıb. “Qəbələ” ardıcıl iki dəfə Avropa Liqasının, “Qarabağ” 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. 6+5 olan illərdə Azərbaycan futbolu klub səviyyəsində ən böyük uğurlara imza atdı.
- Həm futbolçu, həm də məşqçilik karyeranızın bir neçə ili "Neftçi" ilə bağlıdır. Sabiq komandanızın bugünkü uğursuz çıxışları ilə bağlı nə düşünürsünüz?
- İnanıram ki, “Neftçi” “Qarabağ”a çempionatda rəqib olacaq. Tezliklə əvvəlki “Neftçi”ni görə biləcəyik. Komandada problemlər var. O problemləri həll etmək üçün “Neftçi”də güc də var.
- Problem nədədir?
- Maraqlı sualdır. Kənardan baxıb problemləri görmək çox rahatdır. Biz tabloya baxıb hər hansısa fikir söyləməyə çalışırıq. Problemlər komandanın daxilindədir. Onları aradan qaldırmaq üçün daxildə olan insanlar var. Əgər o insanlar bu problemləri görürlərsə, inanıram ki, çıxış yolunu da çözməyə hazırdırlar.
- Hər uğursuz oyundan sonra “Neftçi” azarkeşləri baş məşqçi Roberto Bordini və rəhbərliyi istefaya səsləyirlər. Onlar problemin əsasını məşqçi və idarəetmədə görürlər.
- Mən bundan qabaq bu suala cavab vermişdim. Hesab edirəm ki, biz kənardan problemləri rahat görürük, ancaq biz daxildə deyilik. Güc birlikdədir. Tezliklə azarkeşlər və komanda birləşməlidir. Onlar bir yerdə çıxış yolunu tapmalıdırlar. Həmişə deyirəm ki, bir olaq, həmrəy olaq. İnanıram ki, azarkeşlər də, komanda da bir araya gəlib çıxış yolunu tapmağa qadirdirlər.
Ramiq AĞAMƏMMƏDOV
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı