“Visla” “Qarabağ” – “Portadaun” oyununun hakimlərini dəyişdirdi

“Visla” “Qarabağ” – “Portadaun” oyununun hakimlərini dəyişdirdi
ÖLKƏ FUTBOLU 19 İyul 2010 / 14:05 2894
-  A +

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 22-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Portadaun” (Şimali İrlandiya) oyununun hakimlərini dəyişdirib. Qol.Az-ın məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb. Xatırladaq ki, bu oyuna daha əvvəl polşalı hakimlər təyinat almışdı. Lakin üçüncü təsnifat mərhələsində “Qarabağ”ın Polşa təmsilçisi “Visla” ilə qarşılaşmaq ehtimalını nəzərə alan UEFA təyinatda dəyişiklik edib. Nəticədə təmsilçimizin oyunu xorvatiyalı hakimlərə tapşırılıb:
Baş hakim: İqor Pristovnik
Baş hakimin köməkçiləri: Sinişa Premuzay, Boşko Vukuşiç
Dördüncü hakim: Vlado Svilokos
(Hakimlər briqadası Xorvatiyadandır)

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir