Peşəkar Futbol Liqasının prezidenti, «Neftçi»nin sabiq vitse-prezidenti Ramin Musayev klubun keçmiş baş məşqçisi Vlastimil Petrjelanın onun ünvanına söylədiyi - «Ramin Musayev mənə problem yaradırdı» fikrinə münasibət bildirib. Qol.Az-ın müxbiriylə söhbətində R.Musayev ilk dəfə olaraq çexiyalı məşqçinin ünvanına ağır ittihamlar səsləndirib. «Bəli, mən ona problem yaradırdım. Çünki Petrjela «Neftçi»nin hesabına varlanmaq istəyirdi» - deyə R.Musayev bildirib: «Əvvəla Petrjela axır beş-altı ayı xəstəxanada yatıb. Hansı xəstəxanada yatdığını da bilirsiniz - psixi xəstəxanada, yəni bizim dildə dəlixanada. Allah onun yastığını yüngül eləsin. Petrjelanın sözünə inanan elə onun tayıdır».
R.Musayev Petrjelanın yaxşı məşqçi olduğunu söyləsə də, onu «Neftçi»nin hesabına varlanmaq istəməkdə ittiham edib: «Gördüm ki, bu adam heç nədən oyunçuları ruhdan salır, onlara artıq-əskik söz deyir, məşqlərin gedişini evinin eyvanından izləyir. Faktiki olaraq, bu adam harınlamışdı. Məgər, mən bunlara göz yummalıydım?! O, həyata keçirmək istədiyi transferlərlə milyonlar qazanmağa çalışırdı. Amma gedəndən sonra onun bizə 1,5 milyon dollara sırımaq istədiyi futbolçunun qiymətinin cəmi 200 min dollar olduğunu öyrəndim. Bəli, Petrjela düz deyir, mən ona mane olmuşam, onun havayı yerə pul qazanmasını əngəlləmişəm. İndiyə kimi harda çalışımışam, işlədiyim yerin mənafeyi mənim üçün yüksək olub. Petrjela kimi insanların mənafeyini güdməli deyildim ki. Özünüz də bilirsiniz ki, mən həmişə transfer məsələsində diqqətli olmuşam. Heç vaxt istəmirdim ki, aldığımız əcnəbi futbolçu gəlib «Neftçi»də ehtiyatda otursun. Mənim «Neftçi»yə gətirdiyim legionerlərin səviyyəsi göz qabağındadır. Petrjela isə bu oyunçuları bəyənmirdi».
R.Musayev bildirib ki, «Neftçi»yə haram qatan insanların taleyi heç də yaxşı olmur: «Budur, Petrjela «Neftçi»dən çıxandan sonra dəlixanaya düşdü. Ağıllı adamın dəlixanada nə işi var?!».
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi