“Qələbə qazandığımız üçün çox xoşbəxtik. Hesabda geri düşsək də, sevindirici haldır ki, qələbə qazana bildik. Qələbəyə görə komandanın düşərgəsində əhval-ruhiyyə superdir. Düşünürəm ki, bu gün komandam çox fantastik oyun sərgilədi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın almaniyalı baş məşqçisi Vinfrid Şefer deyib.
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki ilk oyunda “Buduçnost” üzərində əzmkar qələbə (2:1) qazanan “zolaqlılar”ın çalışdırıcısı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında daha sonra bunları vurğulayıb: “Komandamız qapısında qol görərkən, futbolçularımız səhvə yol verdilər. Hansı ki, bu, ilk səhv deyil. Yoxlama oyunlarında da belə qollar buraxdıq. Amma çalışacağıq ki, bu və digər çatışmazlıqları aradan qaldıraq. Çoxlu şanslarımız oldu. Hər iki hissədə xeyli qol vura bilərdik. Sadəcə, komandamda sonuncu ötürməni verməkdə problemlər olurdu. Onlar driblinqə üstünlük verirdilər. Ancaq sevindirici haldır və bugünkü oyunda göstərdi ki, fiziki cəhətdən hər şey tam qaydasındadır. Komandada yeni oyunçular var. Bu üzdən təbii ki, onlar arasında anlaşma baxımından da müəyyən çatışmazlıqlar var və bunun həlli üçün vaxt lazımdır. Bəzi oyunçular müxtəlif səbəblərdən hazırlıq prosesində tam iştirak etməmişdi. Cavab oyunu ərəfəsində daha bir üstünlüyümüz rəqibi daha yaxşı tanımağımızdır. Hər halda cavab oyununa daha yaxşı hazırlaşmaq imkanı qazandıq. Bizə bugünkü matçda qələbə qazanmaq vacib idi. Çünki ilk dəfəydi komandanı rəsmi oyuna çıxarırdım. Sevinirəm ki, bunu bacardıq. Mən bu gün 90 dəqiqə ərzində bizə böyük dəstək verən azarkeşlərə də təşəkkürümü bildirirəm”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı