“Qarabağ” Şimali İrlandiyadan qələbə ilə dönür

“Qarabağ” Şimali İrlandiyadan qələbə ilə dönür
ÖLKƏ FUTBOLU 16 İyul 2010 / 01:39 16178
-  A +

Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunlarına start verilib. Cari mövsümdə Unibank Premyer Liqasının bürünc medallarını qazanaraq bu yarışda iştirak etmək hüququ əldə etmiş “Qarabağ” ikinci cəhdinə çıxıb. Birinci təsnifat mərhələsi çərçivəsində Makedoniya “Metallurq”unu mübarizədən kənarlaşdıran (4:1, 1:1) Ağdam klubu bu dəfə Şimali İrlandiya təmsiçisi “Portadaun”l qarşııaçıb və hesabda geri olmasına baxmayaraq, gənc futbolçusu Əfran İsmayılovun qolları sayəsində qələbə qazanıb.

Qol.Az saytı bu oyundan canlı mətn-reportaj hazırlayıb.

 

15 iyul
Avropa Liqası (ikinci təsnifat mərhələsi, ilk oyun)

23:45. “Portadaun” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan) - 1:2

Portadaun. “Şamrok Park” stadionu.
Hakimlər: Oliver Draxta, Roland Brandner, Andreas Feyxtinger, Luis Hoffmann (hamısı).

"Qarabag"ın start heyəti: 1. Fərhad .Vəliyev, 2. Qara Qarayev, 14.Rəşad Sadiqov, 4.Zaur Həşimov, 5.Maksim Medvedyev, 13.Samir Abbasov, 6.Rəşad Sadıqov, 9.Elvin Məmmədov, 10.Emin İmaməliyev, 22.Əfran İsmayılov, 77.Georgi Adamiya.

Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 3. Aftandil Hacıyev, 7. Namiq Yusifov,8. Aslan Kərimov, 23. Tural İsgəndərov, 17. Vüqar Nadirov, 11. Rauf Əliyev

Oyunun keçirildiyi şəhərdə qeyri-sabit hava şəraiti var. Ara-sıra yağış müşayət olunur.

***

Bir daha xatırladaq ki, məlum problemə görə "Qarabağ" dünən axşam saatlarında Şimali İrlandiyaya gedib və bunun üçün 9 saata yaxın vaxt sərf edib. Komandamızın futbolçularında yorğunluq olsa da, azarkeşlər futbolçularımızdan ən azı heç-heçə gözləyir. Ümid edirik ki, "Bakı"dan sonra bu gün "Qarabağ" da bizi sevindirə biləcək.

***

Bu dəqiqələrdə hər iki komanda meydana daxil olacaq. 

***  

VƏ OYUN BAŞLADI! UĞURLAR "QARABAĞ"!!!

5. Oyun əsasən meydanın mərkəzində gedir.

10.  Hələlik qarşılaşmada hesab açılmayıb.

15. Bu dəqiqələrdə bərabər səviyyəli oyun gedir.  Oyunda qol yoxdur.

18. Topa daha çox "Qarabağ" nəzarıt etsə də, hələ qapılar qarşısında real qol vəziyyəti yaranmayıb.

23. Bu dəqiqəyədək "Qarabağ"dan Elvin Məmmədovun zərbəsi dəqiq alınmayıb. Futbolçuırımız üç dəfə oyundankənar vəziyyətə düşüblər. 

31. Qol. "Portadaun" hesabı açır - 1:0. Çox təəssüf, bu dəqiqəyədək oyuna nəzarət edən "Qarabağ" öz qapısında qol buraxır.

Komandamızın qapısına qolu Leski vurur. Bu, həmis Leskidir ki, məhz onun yeganə qolu sayəsindi britaniyalılar səfərdə Riqa "Skonto"suna qalib gələrək növbəti mərhələyə vəsiqə əldə ediblər.

Təkcə Azərbaycanda deyil, elə Şimali İrlandiya stadionlarının  internet xidmətlərində də tez-tez problem yaranır. Bu səbəbdən matçın gedişatının oxuculara ətraflı çatdırılmasında müəyyən problemlər yaranır. 

33. İnanılmaz bir qol şansı!!! Rəşadın yerinə yetirdiyi cərimə zərbəsi sonrası top dirəyə dəyərək meydanı tərk edir.

"Qarabağ" bu qədər yorğunluğa baxmayaraq, oyuna tam nəzarət edir. Futbolçularımız qol buraxsalar da, ruhdan düşməyiblər.

36. Zaur da uzaqdan zərbəsi... Top qapının üstündüən keçir

39. Sağlı-sollu hücumlarımız bir nəticə vermir

42. Hər iki Rəşad qapıya zərbə endirir. Zərbələr dəqiq deyil.

44. Emin sol cinahdan cərimə meydançasına ötürmə edir, lakin topa çatan olmur

45. Adamiyanın zərbəsi müdafiəçilərdən dönür

Birinci hissə başa çatdı. Fasilə

İkinci hissə başladı

46. "Qarabağ"da dəyişiklik. Eminin yerinə Rauf meydana daxil olur.

47. "Qarabağ" oyuna hücumlarla başlayır. Amma Əfran və Adamiyanın ardıcıl həmlələri nəticəsiz qalır

48. Maksimin asması zamanı Raufun baş zərbəsi qapının üstündən keçir.

49. Sadiqovun zərbəsi müdafiəçilərə dəyərək meydanı tərk edir

49. "Qarabağ" ard-arda təhlükəli hücumlar təşkil edir. İnanılmazıdr!!!Rəqib 11 nəfərlə cərimə meydançasında olsa da, top "Portadaun"un qapısına girmək bilmir.

Bəli, hesab oyuna görə deyil... "Qarabağ" bu oyunda məğlubiyyəti ədalətli nəticə hesab oluna bilməz.

51. Rəşad Sadıqovun zərbəsni qapıçı çətinliklə dəf edir, təkrar zərbəni Rəşad Sadiqov vurur bu dəfə də top geri dönur.

"Bakı"nın oyununda olduğu kimi, "Qarabağ"ın matçında da yağış yenidən yağmaya başlayıb. "Bakı" kimi "Qarabağ" da üstündür. Kaş ki, Respublika stadionunda artıq dünənə təsadüf edən olaylar Portadaunda da təkrarlana...

55. Daha bir real qol şansı.... Meydanda inanılmaz olaylar baş verir. Rauf qapıçını da keçir, lakin zərbəsini müdafiəçilər boş qapıdan çıxarır... 

Bu gedişlə "Qarabağ" qol vurmalıdır. İlahi ədalət bizim tərəfimizdə olmalıdır...

58. Rauf bu dəfə təkbətək şansını qaçırdı...

60. Komandamız artıq 3 müdafiəçiylə oynayır. Rəşad Sadıqov ortaya keçib.

61. Adamiyanın növbəti zərbəsi qapının üstündən keçir.

QOLLLLLLLLLLLLLLLLL. "QARABAĞ" HESABI BƏRABƏRLƏŞDİRDİ

66. Azərbaycan futbolunun parlayan ulduzu Əfran İsmayılov sağ cinahdan cərimə meydançasına daxil olaraq dəqiq zərbə endirir - 1:1.

Dünən Şimali İrlandiyaya gedənən kimi bu qədər çətinliklə üzləşməsinə baxmayaraq, "Qarabağ" rəqibdən qat-qat üstündür. Futbolçularımız yorğun olsa da, qələbəyə layiq oyun nümayiş etdirirlər. "Qarabağ" uduzmamalıdır. Ümid edirik ki, uduzmayacaq da!

68. Budur, komandamız yenidən ərazi üstünlüyü ələ keçirib

70. Əfran növbəti dəfə rəqibin müdafiəsini yarmağa çalışsa da, bu dəfə rəqib sayıq oynadı

72. Komandamız rəqibi topsuz qaçırdır. Artıq 2 dəqiqəyə yaxındır ki, rəqib top görmür.

76. Elvinin yerinə Aslan meydana daxil olur

78 . Əfrandan gözəl hərəkətlər. Amma yenə də müdafiəçilər özünü topun qabağına atır

79. Qolun müəllifi Leskinin yerinə Braun oyuna daxil olur

80. Aslana qarşı kobudluğa görə Makferti sarı vərəqə alır.

QOLLLLLLLLLLLLLLLLLLLL. "Qarabağ" daha bir qol vurur.

BRAVO, ƏFRAN, BRAVO!!!!!!!!!!

86. əFRAN ÖZÜNÜN VƏ "QARABAĞ"IN İKİNCİ QOLUNU VURUR - 1:2

88. Əfran bu dəfə də fantastik hərəkərlər edir..., Rəşada ötürmə verir, lakin son zərbəni endirmək mümkün olmur.

VƏ MATÇ BİTDİ!!! TƏBRİKLƏR "QARABAĞ"!!!!! TƏBRİKLƏR AZƏRBAYCAN!!!

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır