“Neftçi”nin sabiq çalışdırıcısı, millimizin baş məşqçisinin köməkçisi Arif Əsədov “Qarabağ” və “Neftçi”nin avrokubokların üçüncü təsnifat mərhələsindəki ilk oyunları barədə Qol.az saytının suallarını cavablandırıb.
- Arif bəy, bu həftə “Qarabağ” və “Neftçi” avrokuboklarda növbəti oyunlarını keçirdi. “Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində səfərdə APOEL-ə qarşı çıxışını necə dəyərləndirirsiz?
- Düşünürəm ki, “Qarabağ” istədiyinə maksimum şəkildə nail oldu. Hətta heç-heçə də qənaətbəxş sayılacaqdı. Amma “Qarabağ” 2:1 hesablı qələbə qazana bildi. Düzdür, bu, 0:2 də ola bilərdi. “Qarabağ” ilk hissədə rəqibin təzyiqinə davam gətirdikdən sonra APOEL-i əks hücumlarda yaxalaya bildi. Ağdam klubunun qol vuracağı gözlənilən idi. Çünki rəqibin müdafiə xəttində pərakəndəlik hiss olunurdu. APOEL böyük qüvvə ilə hücuma atılırdı. Bununla belə əgər “Qarabağ”ın Zubir, Mahir Emreli kimi yüksək səviyyəli oyunçularına zona verirsənsə, onlar hər an səni cəzalandıra bilərlər. Bunun da nəticəsi kimi “Qarabağ” 2 qol vura bildi.
- Fikrinizcə, “Qarabağ” səfərdə qalib gəldiyi APOEL ilə evdə necə oynayacaq? İlk oyunda qeydə alınan hesaba əsasən matça daha rahat çıxacaq , yoxsa ehtiyatlı olmağa çalışacaq?
- Bunu məşqçilər daha yaxşı bilər. Buna baxmayaraq, “Qarabağ” arxayın olmamalıdır ki, bu hesab onları növbəti mərhələyə daşıyacaq. Çətin oyun olacaq. Rəqibin müdafiə xəttindəki boşluqlardan ilk oyunda olduğu kimi istifadə edib qol vura bilər.
- “Qarabağ”ın heyətinə bu mövsüm yeni oyunçular cəlb olunub. Heyət daha da gücləndirilib. Bu cür güclü heyətlə “Qarabağ” ÇL-də hara qədər irəliləyə bilər? Yeni transferlərə ehtiyac varmı?
- Əgər biz Çempionlar Liqasının qrupunu düşünürüksə, heyət mütləq gücləndirilməlidir. Düzdür, ilk oyununda yeni transfer Maqaye Qeye qol vurması ilə hiss etdirir ki, hücumçu kimi yaxşı potensialı var. Amma hələ tam hazır deyil. Bu oyunçunun gəlişini Dino Ndlovunun gəlişinə bənzətdim. O da ilk gələndə tam hazır deyildi. Ancaq vaxt keçdikcə yavaş-yavaş hiss olunurdu ki, oyunçunun qabında nəsə var. Düşünürəm kimi, Ndlovu kimi bü hücumçunun da “Qarabağ”a böyük köməyi dəyəcək. Gücləndirilməli nöqtələrdən biri də müdafiə xəttidir. Bu mövqeyə də yaxşı oyunçular lazımdır. Çünki qarşıda daha güclü komandalar ola bilər.
- Sözlərinizdən belə nəticəyə gəlmək olar ki, sizin fikrinizcə, “Qarabağ”da topa ilk toxunuşdaca qol vuran Maqaye Qeye yeni Ndlovu olacaq?
- Bayaq qeyd etdiyim kimi, birinci dəfə Ndlovunu izləyəndə hazır deyildi, potensial isə hiss olunurdu. Qeyedə də bü cür bənzərlik var. Bəlkə də yanılıram, amma mənə elə gəlir ki, o da Ndlovu kimi yaxşı hücumçu olacaq.
- “Qarabağ”ın oyunlarında əsas problemlər, boşluqlar harda idi?
- Gəlin, problemləri hissələrə ayırmayaq. Ümumi komandaya baxanda görürsən ki, müdafiədə rəqabət üçün əlavə oyunçu lazımdır. Komandanın kapitanı Rəşad Sadıqov zədələndiyi təqdirdə onu əvəzləyəcək müdafiəçi yoxdur. Üstəlik Bədavi Hüseynovun da zədəli olması komandaya yeni nəfəsin gətirilməsi tələbini daha da artırır. Düşünürəm ki, əsasən müdafiə xətti gücləndirilməlidir.
- İndi isə keçək “Neftçi”yə. AL-də dalbadal dörd qələbə qazanan və qapısından top buraxmayan “Neftçi” “Bney Yehuda” ilə oyunda birdən-birə qapısında iki top gördü. Bununla belə əzmkar heç-heçə edə bildi. Sizcə, bu arxayınlıq idi, yoxsa rəqib düzgün təhlil edilməmişdi?
- Deyə bilmərəm ki, komandada arxayınlıq var idi. İlk oyun həmişə kəşfiyyat xarakterli olur. Dünənki matçda “Neftçi” ev sahibi komanda kimi başlamamışdı. Rəqib isə kompakt müdafiə olunmağı bacarırdı. 5-li müdafiə ilə oynaması və rəqibin “Neftçi”nin hücumlarını qarşısını ortada alması komandaya çətinlik yaradırdı. İkinci bir məqam odur ki, “Neftçi”də mövqe dəyişikləri olmuşdu. Əgər keçən oyunda “Neftçi” 2 dayaq yarımmüdafiəçisi ilə oynayırdısa, bu oyunda 1 dayaq yarımmüdafiəçisi ilə çıxış edirdi. İlk dəqiqələrdən görünürdü ki, Platellas hücumçu mövqeyində oynaya bilmir. Həmçinin komandanın müdafiə xəttində boşluqlar yaranırdı ki, rəqib əks-hücumda bundan istifadə edib qol vura bildi. Birinci qol elə dayaq zonasından vuruldu. Bununla belə matçın 35-40-cı dəqiqələrində baş məşqçinin tapşırığı ilə Platellasın öz mövqeyinə qayıtması “Neftçi”nin oyununu tamam dəyişdirdi. Üstünlüyün “Neftçi” tərəfə keçməsi komandanın birinci hissənin sonunda fərqi azaltmasına səbəb oldu. Fikrimcə, taktiki dəyişikliklərin vaxtında edilməsi “Neftçi”də hücum potensialını artırdı.
Komanda yerdəyişmələr etməklə oyunun axarını dəyişə bildi. Baxmayaraq ki, “Neftçi” meydana 4-3-3 taktiki sxemi ilə çıxmışdı, qeyd etdiyim yerdəyişmələrdən sonra komanda 4-2-3-1 sxemi ilə oynadı. 2 qol buraxmasına rəğmən, hesab edirəm ki, “Neftçi” səfərdə daha rahat oynayacaq. Çünki heyətdə əks hücumlardan istifadə edə bilən güclü oyunçular var. Rəqib evdə oynadığı üçün burdakına nisbətən açıq oyuna üstünlük verərək qələbə qazanmağa çalışacaq. Bu da “Neftçi”yə əks hücumları dəyərləndirməsi üçün yaxşı şans deməkdir. Şansları 50/50-dir.
- İsrail təmsilçisinin baş məşqçisi Yossi Abukasis mətbuat konfransında qeyd etdi ki, 2:2 hesabı “Neftçi” üçün yaxşı nəticə hesab olunmalıdır. Bu fikrə münasibətiniz necədir?
- Məşqçi “əgər oyunun əvvəlində heç-heçə deyilsə idi, razı olardım” ifadəsini işlətmişdi. Ancaq gedişatda onlar 2 qol ilə irəli keçmişdilər. Bundan sonra qalib gəlmək üçün oynayırdılar. Son dəqiqələrdə buraxdıqları qol ilə baş məşqçi onu nəzərdə tuturdu ki, bu hesab həqiqətən də rəqib üçün qənaətbəxşdir.
Azad NURİYEV
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı