Peşəkar Futbol Liqası (PFL) 2019-20 mövsümü üçün Premyer Liqanın titul sponsorluğu ilə əlaqədar tender elan edib.
Qol.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilir ki, tenderdə iştirak etmək istəyən şirkətlər Premyer Liqanın təbliğinin təşkil olunmasında PFL ilə birgə çalışmalıdır. Tenderin qalibi şirkətinin tanıtımı, təbliği üçün çempionatın bütün reklamlarından istifadə səlahiyyətinə malik olacaq.
Premyer Liqanın titul sponsorluğunun təklif paketi maraqlanan şirkətə elektron poçt vasitəsi ilə göndəriləcək. Tenderin ümumi maliyyə dəyəri müraciət edən şirkətlərlə qarşılıqlı razılıq əsasında müəyyənləşəcək.
Tenderdə iştirak üçün son müraciət tarixi 6 sentyabrdır.
Qeyd edək ki, dünən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2012-ci ildən Premyer Liqanın sponsoru olan Topazın qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. PFL rəsmiləri bildiriblər ki, hazırda 1xBet də daxil olmaqla bir neçə xarici bukmeyker şirkəti ilə danışıqlar aparırlar.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu