"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu

"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu
ÖLKƏ FUTBOLU 2 İyul 2026 / 20:59 2596
-  A +

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın “Polesye” klubu ilə qarşılaşıb. Matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin yeganə qoluna Velko Simiç imza atıb.

Qeyd edək ki, "Qarabağ"dan Ukrayna təmsilçisinin heyətinə yeni transfer olunan Leandro Andrade matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. 

Xatırladaq ki, "Sabah" daha öncə hazırlıq prosesi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” və Macarıstanın “Ferentsvaroş” klubu ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner