"İmişli" yeni baş məşqçisini açıqladı

"İmişli" yeni baş məşqçisini açıqladı
ÖLKƏ FUTBOLU 2 İyul 2026 / 21:01 1792
-  A +

"İmişli"nin yeni baş məşqçisi açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bu vəzifəyə Fərid Namazov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Bildirilir ki, UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla fəaliyyət göstərib.

Qeyd edək ki, daha öncə də bölgə təmsilçisini çalışdıran mütəxəssisin rəhbərliyi altında klub 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner