Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın 2019/2020-ci illər mövsümünün püşkatma mərasimində jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, əvvəlcə bir sıra məqamlara toxunub.
- Bütün klublara uğurlar arzulayıram. İnşallah, güclü olan qalib gələr və ölkəmizi avrokuboklarda layiqincə təmsil edər. “Neftçi” və “Qarabağ”ın avrokuboklarda çıxışını uğurla davam etdirməsi hamımızı sevindirir. Xüsusən “Arsenal” (Rusiya) üzərində qələbəni qeyd etmək istəyirəm - avrokuboklarda rus komandalarına qarşı ilk qələbəmiz idi və orada yaşayan həmvətənlərimizə böyük sevinc bəxş etdi. Peşəkar Futbol Liqası yaranan tarixdən milli çempionatımızda yer tutan klubların avrokuboklarda tutduqları yerə uyğun nəticələr göstərməsi bizi sevindirir və şəffaflığı təmin edə bildiyimizi göstərir. Bu mövsümdən “Topaz”la əməkdaşlığımız dayandırıldı. Peşman deyilik. Xarici bukmeyker kontorlarından birindən yaxşı təklif almışıq, hələki adını çəkməyəcəyik. Sponsorluq üçün “Topaz”dan daha yaxşı şərtlər irəli sürülüb. Komandalara mövsüm üçün 100 ədəd “Nike” topları hədiyyə olunacaq. Topların klublara verilməsində AFFA-nın baş katibi Elxan Məmmədovun əziyyəti böyükdür, ona təşəkkürümüzü bildiririk. Çempionatımız 16 avqust tarixində start götürəcək. Bu mövsümdən yeni elektron sistemimiz fəaliyyət göstərəcək. Klublar legionerlərin ödənişini vaxtında verməsə, həmin oyunçunun adını elektron protokola yaza bilməyəcək. Bu, həmçinin cəriməli oyunçulara da aiddir.” Daha sonra söz Texniki-idman Departamentinin rəhbəri Elgiz Abbasova verildi: “Hər kəsi salamlayıram. Bu mövsümdən çempionatımızda bir sıra yeniliklər tətbiq olunacaq. Oyun protokolları elektron qaydada təqdim ediləcək. Artıq oyundan əvvəl komandaların oyunun protokolunda səhv etməsi mümkün olmayacaq, sistem doldurulanda limit pozulsa, avtomatik olaraq protokol qəbul edilməyəcək. Bütün komandalara oyun günü planı göndərmişik. Oyun günü planını lazımı yerlərə qoymağınız məcburidir. Klublarımızın təklifləri əsasında yeni əsasnaməmizə dəyişikliklər etmişik. A buraxılışı ilə bağlı da yeniliyimiz var və bu ondan ibarətdir ki, 2019/2020 mövsümündən sənədin üzərində sahibinin şəkli də olacaq və A buraxılışı başqalarına verilə bilməyəcək.
- “Qəbələ”nin əvəzediciləri diviziona buraxmayacağı deyilir, buna görə cərimələnəcəklər? I Divizionda komanda sayı dəqiqləşib?
- Bəli, iştirak etməkdən imtina ediblər və 100.000 manat cərimələnəcəklər. Əvəzedicilərini diviziona buraxan klublara AFFA tərəfindən 50.000 manat ayrılacaq. Növbəti mövsüm I Divizionda 13 komanda iştirak edəcək və 22-23 avqust tarixdə start götürəcək.
- Bu il I Divizionun daha tez başlaması nə ilə əlaqədardır?
- Sentyabrın əvvəlində millinin oyunları ilə əlaqədar təqvim belə qurulub. Etiraf edək ki, çempionatı milliyə görə təşkil edirik. Buna görə də, çempionatı milliyə uyğunlaşdırmağımızı normal hesab edirəm.
- Gələn il çempionatda komandaların sayı ilə bağlı yenilik gözlənilir?
- AFFA İcraiyyə komitəsində bununla bağlı müzakirələr aparılıb, gələn mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq.
- Sizə elə gəlmir ki, bu yerdə qalan 8 komandaya Premyer Liqanı tərk etməyəcəklərinə zəmanət kimi görünür?
- Bütün komandalarımız avrokuboklar uğrunda mübarizə aparır. Heç kim təminat verə bilməz ki, gələn mövsüm 1 komanda çempionatı tərk edib, 3 komanda gəlməyəcək. Hər şey komandaların bizə müraciətindən asılıdır.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Çempionlar Liqasında ilk 1/4 fnalçılar müəyyənləşir
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir