AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az-a müsahibə verib. O, klublarımızın avrokuboklardakı çıxışını dəyərləndirib.
- Klublarımızdan "Qarabağ" və "Neftçi" böyükhesablı qələbə ilə avrokublarda növbəti mərhələyə yüksəldi. Bu barədə fikirlərinizi bilmək istərdim.
- "Qarabağ"dan başlamaq istərdim. Komanda həmişəki kimi öz oyunu ilə irəli gedir. Görək axırı necə olacaq. "Qarabağ"ın bunadək qarşılaşdığı hər iki klub təmsilçimizdən çox zəif idi. "Qarabağ" APOEL-i də keçməlidir. Çünki klub hər il qruplarda oynamağa vərdiş edib.
- Keçməlidir, yoxsa keçə bilər?
- Futbolda heç vaxt proqnoz vermək olmur. 50 ildir bu işin içindəyəm, heç vaxt proqnoz verməmişəm. Biz "Qarabağ"a inanırıq. Bilirik ki, öz oyunu, imici ilə bu rəqibi keçə bilər. Klubda bir imic formalaşıb. Avropada da "Qarabağ"ı sayırlar. Hakimlər arasında da "Qarabağ"ın imici var. Ancaq komandanın mütləq APOEL-i keçəcəyini demək qəribə çıxar.
- "Qarabağ" Çempionlar Liqasında keçirdiyi 4 oyuna əsasən hansı müsbət və mənfi məqamları qeyd edə bilərsiniz?
- Komandanın öz sabit oyun üslubu var. İstərdim ki, sürəti artırsınlar. Sürətdə geri qalırlar. Müdafiədən hücuma keçiddə sürət artmalıdır. Mərkəzdə, müdafiədə topu çox saxlayırlar. Bəzən sürətli əks-hücumlar da lazımdır. "Qarabağ" eyni oyun üslubunda davam edir. Məncə, bu, yaxşı hal deyil. Güclü klub olanda əziyyət çəkəcəklər. Sürət çox şeyi həll edə bilər. Bunu "Qarabağ"ın rəhbərliyi və oyunçuları da bilir. Yəqin ki, onun üzərində çalışırlar. Miçeli dayaq yarımmüdafiəçisi mövqeyində oynatmaq uğurdur. Çünki o, topu qabağa tez verir.
"Qarabağ"a qol vuran hücumçu lazımdır. Bəlkə də, qeyd etdiyim məqamlar hücumçu probleminə görədir. Mən Mahir Emreliyə çox inanıram. Xarakterli oyunçudur, artıracaq. Ancaq üzərində çox işləməlidir ki, ölkə xaricinə də gedə bilsin.
- "Qarabağ"ın yeni transferlərinin səviyyəsi necədir?
- Ailton Silvanın oyunu çox yaxşıdır. Mən məətəl qalıram ki, "Neftçi" bu cür oyunçunu niyə saxlamayıb. Qol vuran "9 nömrə" (Xayme Romero-red.) qabiliyyətli futbolçudur. Tam açılmaq üçün vaxt lazımdır. Ancaq yeni hücumçu da alınmalıdır. Alınmasa, orta xətdən və Mahirdən istifadə edəcəklər. "Qarabağ"a bir mərkəz müdafiəçisi də lazımdır. Çünki qrup mərhələsinə düşsələr, heyət geniş olmalıdır.
- "Neftçi" Avropa Liqasında 4 oyuna 13 qol vurub və qapısından top buraxmayıb. Ən əsası hər 4 oyunda qalib gəlib. Xeyli müddətdir uğursuz çıxış edən komandadakı bu inkişafı nə ilə əlaqələndirmək olar?
- Bu uğurun sirri transferlərdədir. "Neftçi"nin bir neçə yeni transferi "Qəbələ"də oynayırdı. Onlar futbol mentalitetimizi bilirlər. Həm də çox yaxşı futbolçulardır. Əsas da müdafiəçi Voislav Stankoviçi qeyd edərdim. Sabit oyunu ilə seçilir. "Neftçi" əsasən "Arsenal"la oyunlarda yaxşı taktiki gedişlər etdi. Birinci onu deyim ki, top uğrunda mübarizə hücumdan başladı. Pressinq etdilər. "Neftçi"nin hücum xəttindəki oyunçularında mübarizlik var. Orta xətt də çox ağıllı oyun göstərdi. Dayaq yarımmüdafiəçiləri bir-birinə çox yaxın oynadılar. Bu da asan deyil. Məni ən çox sevindirən müdafiənin cinahında oynayan gənc futbolçuların millimizin üzvləri olmasıdır. Bu futbolçular öz gücləri hesabına əsas heyətə düşürlər.
- "Neftçi"nin ardıcıl qələbələrinin memarı olan baş məşqçi Roberto Bordinin işini qeyd etmədiniz...
- Biz 1-2 oyun udan kimi baş məşqçini tərifləyirik. Bordin ikinci ildir "Neftçi"dədir. Çox qəribə haldır ki, bir oyuna görə məşqçini tərifləyirik, uduzan kimi söyürük. Gəlin, tərifləməyə tələsməyək. Biz işləyəndə tərifləmirdilər. Çünki məşqçinin işi budur. Biz öz işimizi peşəkar görürürük. Tərif nəyə lazımdır? Mən öz işimə görə maaş alıram. Baş məşqçini may ayında tərifləyərlər, yəni çempionat qurtaranda. Əgər hər şeyə peşəkar yanaşırıqsa, baş məşqçinin işi budur də. İşləsin, nəticə versin.
- "Neftçi" Avroliqanın 3-cü mərhələsində İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşacaq. Komandanın bu il qruplara qədər irəliləmək potensialı var?
- "Neftçi"nin ehtiyat skamyasında da yaxşı oyunçular var. Dünən hər ikisi meydana çıxdı. Namiq Ələsgərov və Rəhman Hacıyev. Bundan başqa, komandada yaxşı legionerlər də çıxış edir. "Neftçi"nin hədəfləri böyük olmalıdır. Çünki bunun üçün hər şeyi var. Komanda il boyu bu hədəf üçün çalışmalıdır. Tək avrokublar zamanı yox.
- Sonda Avroliqa ilə erkən vidalaşan "Qəbələ" ilə bağlı danışaq. Bölgə təmsilçisinin "Qarabağ" və "Neftçi" ilə yanaşı irəliləməməsi üzücüdür. Sizcə, məhdud büdcə ilə komanda hansı səviyyədə çıxış edə bilər?
- "Qəbələ"nin ilk oyununa baxdım. Komanda əsasən cavan uşaqlardan ibarətdir. 2-3 legioner var ki, onların da oyun keyfiyyəti həddən artıq aşağıdır. Klub maliyyə imkanına uyğun transferlər edib.
"Qəbələ" ilk növbədə cavan oyunçuları öyrədən məşqçiləri düzgün seçməlidir. Tez bir zamanda istedadlı oyunçuları üzə çıxarmalıdırlar. Büdcəyə uyğun yeni futbolçular alınmalıdır. Ancaq əsas yerli oyunçulara fikir vermək lazımdır. Komandada təcrübəli məşqçilər işləməlidir. "Dinamo" o qədər də güclü deyildi. Ancaq "Qəbələ" onlardan zəif idi.
Ramiq AĞAMƏMMƏDOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
Avropa Liqasında 1/4 final başlayır
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
ÇL-də nəhənglərin duelləri
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov