Dünən gecə - «İnter» - «Aktobe» oyunudan sonra hər iki komandanın baş məşqçiləri Valentin Xodukin («İnter») və Valentin Muxanov («Aktobe») mətbuat konfransı keçiriblər. Qol.Az saytı mətbuat konfransının stenoqramını təqdim edir.
Valentin Xodukin:
- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar keyfiyyətli oyun nümayiş etdirdilər. Mühüm səhvlərə yol vermədilər ki, bunu bizim komandaya aid etmək olmaz. Məhz bu amilə görə bu gün onlar qalibiyyəti bayram etdilər. Komandamızda bir neçə futbolçu açıq-aşkar səhvlərlə oynadı. Mən dəyişiklik etməyə macal tapmadım. Futbol elə bir sahədir ki, burada ani gecikmə çox şeyi həll edə bilər. Belə də oldu. İkinci hissədə oyunu ələ aldıq. Amma məcburi dəyişikliklər bütöv oyunu ortaya qoymağa bizə imkan vermədi. Belə bir təəssürat yaranırdı ki, biz ayrı-ayrı epizodlarda yaxşı oynayırdıq, amma bütöv oyunda deyil. Amma hələ yanvardır. İşləyəcəyik. Burada müxtəlif üslublu komandalarla oyunlarımızdan sonra müəyyən beynəlxalq təcrübə qazandıq. Bu, komandanı zənginləşdirir. Yarımfinalda olan bütün komandalar finalda iştirakı hədəfləyir. Ona görə də nəticə də qazanmaq çətinləşirdi.
Valentin Muxanov:
- Bu gün biz iki fərqli hissə oynadıq. Birinci hissədə oyuna diqtə etməkdə, topa yiyələnməkdə və qol imkanlarında biz rəqibi üstələyirdik. Hətta bir ara beş dəqiqə içində üç dəfə fərqlənə bilərdik. Lakin Asanbayevin qolu oyunda yeganə oldu. Smakovun zədələnməsi bizim işimizi çox çətinləşdirdi. O, komandamızda hücumların qurulmasında əsas rol oynayırdı. Ona görə də komandamızda ikinci hissədə geriləmə oldu və təşəbbüsü rəqib komanda ələ aldı. “İnter” uzun ötürmələrə, sərt mübarizəyə keçdi, nəticədə oyun bizim üçün həddən artıq çətinləşdi. Amma komandamla razıyam. Onlar axıra kimi hesabı saxlaya bildilər.
Daha sonra «İnter»in baş məşqçisi Valentin Xodukin jurnalistlərin suallarını cavablandırıb.
- Komandanızdə elə bil psixoloji gərginlik vardı...
- Hamı bu turnirə finalda iştirak etmək üçün gəlir. Çoxları üçün bu turnir yüksək səviyyəlidir. Yarımfinal oyunu mühüm olduğundan, bugünkü rəqib əvvəlikə nisbətən daha çətin olduğundan bir az da oyunçularda gərginlik yaranmışdı. Yəqin ki, səhvlərimiz də bundan qaynaqlanır.
- Nəyə görə “İnter” yaratdığı çoxlu qol məqamlarını gerçəkləşdirə bilmədi?
- İmkanlardan yararlanmamaq çox mühüm amildir. Meydanda son mövqeyə xətalı çıxış, ötürmənin keyfiyyəti, səhv məqamda açılmaq və ya qapanmaq, hətta yanvar ayının olması - bütün bunlar sonda qol imkanlarını gerçəkləşdirməməklə qurtarır. Futbolçuların səviyyəsi də rol oynayır. Bəlkə də, başqa futbolçu həmin vəziyyəti qolu vura bilərdi.
- “Birlik kuboku”nda çıxış etdikdən sonra çempionatda çətinliyiniz olmayacaq?
- Mən bilirəm nəyi demək istəyirsiniz. Klublarımıza turnirin mənfi təsirini nəzərdə tutursunuz. Biz bunu gözdən qaçırmayacıq. Yanvar ayında ağır və sürətli oyun oynamalı olduq. Neyləyək, turnir bunu tələb edir. Amma çalışacıq ki, oyunçularımız azacıq yüngülləşsinlər və çempionat başlayanda formada olsunlar.
Səməd SƏFƏROV, Moskva
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi