Türkiyənin “Kocaelispor” klubunun “Bakı”dan icarə əsasında transfer etdiyi Ramal Hüseynovun Qol.Az saytına müsahibəsi
- Yeni komandanda işlərin necə gedir?
- Hər şey qaydasındadır. Artıq məşqlərimizin tempini daha da artırmışıq. Həm fiziki, həm də taktiki gedişlər üzrə hazırlıqlar davam edir. Bildiyiniz kimi mən Türkiyə klubunda icarə əsasında 6 ay çıxış edəcəyəm. Daha sonra isə yenidən “Bakı”ya qayıdacağam.
- Əgər, yayda “Kocaelispor” səni buraxmaq istəməsə, necə?
- Əslində çox istəyirəm ki, karyeramın bundan sonrakı dövrünü xaricdə keçirim. Bunun üçün əgər 6 aydan sonra təklif olsa, fikirləşəcəm. Əla şərtlər daxilində Türkiyədə qalacağam.
- Belə məlumat yayılıb ki, AFFA sənin «Kocaelispor»da oynamağın üçün Türkiyə Futbol Federasiyasına (TFF - red.) faks göndərməyib.
- Əslində AFFA göndərib, amma TFF bu haqda “Kocaelispor”a xəbər verməyib. Bu məsələ artıq öz həllini tapıb. Bu gün klub rəhbərliyi bütün işləri qaydasına qoydu. Artıq bu həftədən rəsmi oyunlarda da meydançaya çıxacağam.
- “Bakı”da olduğun vaxt ehtiyatda otururdun. “Kocalespor”da da eyni aqibəti yaşayacağından çəkinmirsən?
- Bütün məşqlərə məsuliyyətlə yanaşıram. Verilən tapşırıqları vaxtında yerinə yetirirəm. Düşünürəm ki, bu gedişlə əsas heyətin daimi üzvü olacağam.
- Ramal, ilk dəfədir legioner həyatı yaşayırsan. Azərbaycan üçün darıxmayacaqsan ki?
- Doğrudur, birinci dəfədir, ölkədən xaricdə çıxış edirəm. Açığı darıxacağımı bilirəm. Çünki ailəm Bakıda, mən isə Türkiyədə olacam. Futbol oynamaq mənim işimdir. Bunu ata bilmərəm. Yəni futbolsuz yaşamağım mümkünsüzdür. Hər şeyə baxmayaraq, burdakı işlərimi qaydasına qoyan kimi ailəmi Türkiyəyə gətirəcəyəm.
- “Kocaelispor”da oynamaqla milli komandamıza dəvət ala biləcəksən?
- Hər halda “Kocaelispor” Türkiyə Superliqasında çıxış edən komandadır. Bizim Premyer Liqa ilə buranın arasında böyük fərq var. İnşallah, yaxşı oynamaqla baş məşqçi Berti Foqstun rəğbətini qazanarıq. Yəni tez bir zamanda əsas komandaya dəvət alaram.
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi